İtaliya mediası “Bakı-2017”-dən yazıb
Tarix: 17.05.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


İtaliyanın "Notizie Geopolitiche" portalında "Azərbaycan. İslam Həmrəyliyi Oyunları. Multikulturalizmin gücü" başlıqlı məqalə dərc olunub.
Məqalədə “Azərbaycanın Mərkəzi Cənubi İtaliyada dostları” assosiasiyasının siyasi analitiki Fortunato Materazzonun fikirlərinə istinadən Azərbaycanın həm müsəlman ölkələri arasında dialoqa, həm də İslam dünyasının Qərb ilə dialoquna töhfə verən və müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasını təmin edən müsbət multikulturalizm nümunəsi olduğu bildirilir.
Yazıda qeyd olunur ki, IV İslam Həmrəyliyi Oyunları zamanı Xəzərdən başlayan su səyahəti çərçivəsində suyun müxtəlif regionlara aparılması simvolik olaraq Azərbaycan xalqının birliyini, habelə İslam ölkələrinin və İslam dəyərlərinin həmrəyliyini ifadə edir. Müəllif, habelə ölkəmizin BMT-nin 2000-ci ildə qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri” çərçivəsində yoxsulluğun azaldılması və inkişaf məqsədlərini uğurla həyata keçirərək, yoxsulluq probleminə effektiv həll yolu tapdığı barədə də danışır.
Yazıda Azərbaycanın dünyəvi dövlət quruluşu haqqında da danışılaraq qeyd olunur ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkəmizdə müxtəlif etnik və dini azlıqlar dinc yanaşı yaşayırlar və dövlət onlara bərabər hüquqlar təmin edir. Paytaxt Bakıda beş məscid, üç sinaqoq, bir katolik və bir protestant kilsəsinin mövcudluğuna diqqəti çəkən müəllif Azərbaycanın dini tolerantlıq sahəsində də dünyaya nümunə olduğunu diqqətə çatdırır.
Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.notiziegeopolitiche.net/azerbaijan-i-giochi-per-la-solidarieta-islamica-e-la-forza-del-multiculturalismo/
Fuad




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara qətiyyətlə qarşı çıxırıq
07.12.2019
Azərbaycanda ağacəkmə təşəbbüsü digər ölkələr üçün modelə çevriləcək
06.12.2019
Paşinyanın xarici siyasəti fəlakətə aparır
06.12.2019
“Liviya Yunanıstanın təhdidlərinə baş əyməz“
06.12.2019
Azərbaycanda ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info