Benzin istehsalı artıb
Tarix: 17.05.2017 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 895,3 mln. manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azalıb.
Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu il ölkədə 413,9 min ton avtomobil benzini istehsal olunub ki, bu da daha əvvəlki ilin 4 ayı ilə müqayisədə 12,2% çoxdur. Nəticədə bu ilin mayın 1-nə 48,3 min ton məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-aprel ayları ildə Azərbaycanda 625,5 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin 4 ayı ilə müqayisədə 19,4% azdır. Nəticədə bu ilin mayın 1-nə 61,7 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il Azərbaycanda ağ neftin istehsalı 8,2% azalıb. Belə ki, bu ilin 4 ayı ərzində ölkədə 199,8 min ton ağ neft istehsal olunub ki, bu ilin mayın 1-nə 11,2 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 4 ayı ərzində ölkədə neft bitumunun istehsalında 35,4% artaraq 40,9 min ton təşkil edib. Nəticədə mayın 1-nə 11 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il ərzində ölkədə sürtgü yağlarının istehsalı 2016-cı il ilin 4 ayı ilə müqayisədə 3,5 dəfə artıb. Belə ki, 4 ay ərzində 7,3 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin mayın 1-nə 7,3 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım qeydə alınıb. Belə ki, bu il ərzində 68,8 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2016-cı ilin 4 ayı ilə müqayisədə 14,1% çoxdur. Nəticədə bu ilin mayın 1-nə 1000 ton hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 4 ayı ərzində Azərbaycanda 230,5 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 35,2% azalma deməkdir. Nəticədə bu ilin mayın 1-nə 9,2 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, 4 ay ərzində ölkədə 60,4 min ton neft koksu istehsal edilib ki, bu da daha ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur. Nəticədə mayın 1-nə 19,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir
13.11.2019
Prezident Rusiya nümayəndələrini qəbul edib
13.11.2019
“Körfəz ölkələrinə Azərbaycanın kənd təsərrüfatı məhsullarının daşınması barədə müzakirələr apardıq”
13.11.2019
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13.11.2019
Almaniyanın tanınmış radioloqu Mərkəzi Gömrük Hospitalında

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info