Ağ gil, qırmızı gil, bir də sarı gil...
Tarix: 17.05.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Gil dərinin təbii gözəlliyini qoruyub saxlamaq üçün ən təsirli vasitələrdən biridir. Onun müxtəlif növlərinin tərkibində 40-a qədər mineral və vitamin var. Lap qədim dövrlərdən xanımlar dərinin sağlam və təravətli görünməsi üçün gil maskalarından istifadə ediblər. Həmin maskalar sellülit, sızanaq, civzə kimi dəri xəstəliklərində tətbiq olunur, dərinin rahat nəfəs alması və təmizlənməsində böyük rol oynayır, qan dövranını yaxşılaşdırır. Gil tərkibində bakteriya saxlamır, toksinləri udur, zərərli mikrobları məhv edir və ən əsası təmizləyici effekt verir. Ona bəzi elementlər əlavə edəndə həm də qidalandırıcı təsir göstərir. Təbiətdə kosmetik gilin müxtəlif növləri olur və mineral tərkibindən asılı olaraq rənglərinə görə fərqlənir. Gilin tərkibi və rəngi yerləşdiyi ərazidən asılı olaraq dəyişir.
Ağ gil silisium-oksid, sink və maqneziumla zəngindir, saçların tökülməsinin qarşısını alır, nazik və zərif saçları möhkəmləndirir, regenerasiyanı sürətləndirir, antiseptik rol oynayır. Ağ gil nazik və solğun dərini canlandırır, mütəmadi istifadə edəndə dəriyə elastiklik və məxmərilik verir, üz dərisini gümrahlaşdırır. Gilin rəngi nə qədər tünd olsa dərinin yağlılığına, sızanaq və civzələrə qarşı o qədər səmərəli təsir göstərir. Çəhrayı civzələr zamanı gildən istifadə etmək məsləhət deyil.
Qırmızı gilə tərkibindəki dəmir və mis oksidləri rəng verir, o həssas, allergiyaya meyilli və tez reaksiya verən dəriyə daha çox uyğundur, xarici təsirlərdən tez qızaran dərini təmizləmək üçün ideal vasitədir.
Sarı gilin tərkibində çoxlu kalium və dəmir var, dərinin oksigenlə təchiz olunmasını artırır, müxtəlif iltihabi proseslər zamanı ondan toksinlərin dəridən xaric olunması üçün istifadə edilir. Cavanlaşdırıcı təsirə malik olduğuna görə daha çox qarışıq tipli, solğun və qocalmaqda olan dəriyə daha çox uyğundur və üz dərisinin rəngini yaxşılaşdırır.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
100 il yaşamaq istəyirsiniz?
07.12.2019
2020-ci ilin proqnozları
07.12.2019
Məşhur türk aşpaz Həbiblə döyüşmək istəyir
06.12.2019
“Saxla, düşürəm!“ - təyyarədə insident
06.12.2019
Böyük Britaniyanın ən böyük külçəsi tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info