ADNSU-nun Almaniyadan olan məzunlarının toplantısı keçirilib
Tarix: 17.05.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Almaniyadakı səfirliyimizdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Almaniyadan olan məzunlarının toplantısı keçirilib. Tədbir alman məzunlardan ibarət dostluq cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov qonaqları salamlayıb, onlara ADNSU-nun ölkəmizin iqtisadi, ictimai və təhsil həyatında yeri və rolu haqda məlumat verib.
Səfir ölkəmizin müstəqillik illərində əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu inkişaf konsepsiyasının sayəsində regionda aparıcı qüvvəyə çevrildiyini və hazırda müstəqil siyasət yürüdən dövlət olduğunu bildirib.
Diplomat ölkəmizdə neft və qaz sektorunun keçdiyi inkişaf yolu, o cümlədən “Əsrin müqaviləsi” barədə məlumat verməklə yanaşı, ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində əldə edilmiş nailiyyətlərdən danışıb.
Azərbaycan-Almaniya münasibətlərinə toxunan Ramin Həsənov bu ilin iki yubiley tarixi ilə - iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu qeyd edib.
Alman məzunların adından çıxış edən, keçmiş Almaniya Demokratik Respublikasının Dövlət Yanacaq Komitəsinin sədri Andreas Hikman o zamanlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan ali məktəbin məzunu olmuş almanların öz ölkələrində yüksək ixtisaslı kadrlar hesab olunduqlarını və mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Azərbaycanda aldıqları yüksək səviyyəli təhsillə bərabər, həm də qonaqpərvərlik və maraqlı sosial həyatdan məmnunluğunu ifadə edən Andreas Hikman ölkəmizdə təhsil almış almanların öz peşə fəaliyyətində qazandıqları nailiyyətlərə görə məhz Azərbaycana borclu olduqlarını vurğulayıb.
ADNSU-nun keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan soydaşımız Adil Bayramov vaxtilə çalışdığı universitetin elmi və ictimai həyatı, o cümlədən orada təhsil almış alman tələbələr barədə məlumat verib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə çıxış edərək universitetin rektoru, professor Mustafa Babanlının adından toplantı iştirakçılarını salamlayıb. O, universitetin beynəlxalq əlaqələri, müstəqillik illərində universitetdə təhsil alan xarici tələbələr, son dövrlərdə həyata keçirilən islahatlar barədə danışıb.
Toplantıda iştirak edən alman məzunlar Azərbaycanda təhsil aldıqları zaman əldə etdikləri təəssüratları bölüşüblər və ölkəmizlə bağlantıları barədə məlumat veriblər. Onlar Bakının bütün dövrlərdə müasir, qabaqcıl və multikultural mühitə malik olan şəhər olduğunu vurğulayıblar.
Daha sonra tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin alman məzunları ilə görüşünü əks etdirən videoçarx təqdim edilib.
Tədbirdə, həmçinin ADNSU-nun və universitetdə təhsil alman almanların həyatını işıqlandıran mətbuat materialları və fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info