Azərbaycan taekvandoçularının rəqibləri müəyyənləşib
Tarix: 17.05.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında yarımfinala yüksələn Azərbaycanın beş idmançısının bu mərhələdəki rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadın taekvandoçularımızdan Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşacaq.
Dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın (67 kq) yarımfinaldakı rəqibi Özbəkistan təmsilçisi Niqora Tursunkulova olacaq.
Birinci Avropa Oyunlarının qalibi, klublararası qitə çempionatının qızıl medalçısı Ayxan Tağızadə (68 kq) Səudiyyə Ərəbistanı idmançısı Səud Al Muvallad ilə həlledici mərhələyə yüksəlmək üçün üz-üzə gələcək.
Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) İslamiadanın finalına yüksəlmək üçün iranlı Əlireza Dərvişpurla görüşəcək.
Olimpiya çempionu Radik İsayev (87 kiloqramdan yuxarı) İordaniya idmançısı Hamza Kattan ilə finala vəsiqə uğrunda yarışacaq.
Azərbaycan təmsilçilərinin yer almadığı qadınlar arasında 73 kiloqram çəki dərəcəsində türkiyəli Nafia Kuş yarımfinalda Kot Kot D`İvuar idmançısı Çarlene Aminata Traore ilə gücünü sınayacaq. Həmin çəki dərəcəsində digər yarımfinal görüşündə özbəkistanlı Svetlana Osipova İran təmsilçisi Akram Xodabandehlə növbəti mərhələyə vəsiqə qazanmaq üçün üz-üzə gələcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
“Barselona“dan yeni təklif aldı
03.12.2020
UEFA Azərbaycana qoyduğu qadağanı aradan götürüb
03.12.2020
“Gələn il Messi ilə birlikdə oynamaq məcburiyyətindəyik”
03.12.2020
“Real”ın baş məşqçisi Zidanla futbolçular arasında qalmaqal
03.12.2020
“Mançester Siti“ 17 yaşlı futbolçu alır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info