Dünyanın ən çirkli yeri
Tarix: 17.05.2017 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Sakit Okeanda yerləşən və sahəsi cəmi 3,7 hektar olan kiçik Henderson adası dünyanın ən çirkli yeri sayılıb. Bu barədə məlumatı Tasmaniya Universitetinin (Avstraliya) tədqiqatçılarına istinadla “The Guardian” yayıb.
AZƏRTAC  xəbər verir ki, alimlər Henderson adasında ümumi çəkisi 17,6 ton olan təqribən 38 milyon plastik kütlə parçası aşkarlayıblar. Çirklənmənin sıxlığı hər kvadratmetrə təxminən 670 belə zibil parçası təşkil edib. Üstəlik, adanın çimərliyi hər gün daha da zibillənir.
Tasmaniya Universitetinin Dəniz və Antarktida Tədqiqatları İnstitutunun mütəxəssisi Cenifer Lavers deyib: “Mən və həmkarlarım güman edirdik ki, adanın uzaqda yerləşməsi onun təmiz qalmasını təmin edəcək. Ancaq biz çox yanılmışıq. Adada bizi köhnə, kövrək, iti və zəhərli plastik zibil qalaqlarını gördük. Onların üzərində kosmetika qablarında özlərinə yuva qurmuş krablar sürünürdü. Bunu sənədləşdirmək qərarına gəldik”.
C.Lavers vurğulayıb ki, sivilizasiyadan uzaqda yerləşən kimsəsiz adanın vəziyyəti göstərir ki, hazırda plastik material “heyrətamiz” sürətlə istehsal olunur və hətta insan ayağı dəyməyən yerləri də çirkləndirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
“Saxla, düşürəm!“ - təyyarədə insident
06.12.2019
Böyük Britaniyanın ən böyük külçəsi tapılıb
06.12.2019
İnternet nəhəngi “Google“ şirkətinin qurucuları vəzifələrindən gedəcələrini açıqladılar
05.12.2019
Qanlı bayram: Nepalda 100 min heyvan qurban kəsildi
05.12.2019
Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info