Böyük tərəvəz və kartof toxumçuluğu müəssisəsinin tikintisinə başlanılıb
Tarix: 17.05.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Bu il kənd təsərrüfatının hədəflərinin içərisində toxumçuluğun inkişafı ən birinci yerdədir. Bu sözləri Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Onun sözlərinə görə, bunun üçün artıq Azərbaycanda böyük tərəvəz, kartof toxumçuluğu müəssisəsinin tikintisinə başlanılıb və bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. Nazir qeyd edib ki, gələcəkdə də toxumçuluq istehsalı və emalı ilə bağlı zavodların tikintisi planlaşdırılır. “Eyni zamanda ciddi nəzarət sistemi formalaşdırırıq. Ancaq xüsusi toxumçuluqla məşğul olanlara sertifikatlar verilir. Bu sahədə ciddi nəzarət var. Toxumçuluğun keyfiyyətinin artırılması ümumi məhsul istehsalının artırılmasında böyük rol oynayacaq”, - deyə H.Əsədov vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
“Narçılıq mədəniyyəti”ni yaşadan Göyçay
12.11.2019
Prezident: Son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır
12.11.2019
Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
12.11.2019
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək
12.11.2019
Nazir müavini: “Həyata keçirilən tədbirlərin məqsədi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etməkdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10941

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info