Xərçəng xəstəliyinə faydalı olan daha bir qida
Tarix: 17.05.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


“B 17” vitamini xərçəng diaqnozu qoyulan xəstələr üçün çox faydalıdır, amma bir çox ölkələrdə əczaçılıq şirkətləri bu vitaminlərin satılmaması üçün əlindən gələni edirlər. Bunun səbəbi çox elementardır, əks halda xərçəng xəstələri tez sağalacaq, əczaçılar isə onlara daha çox gəlir gətirən, davamlı satdıqları, amma xərçəngi sağaltmayan digər dərmanları satıb çoxlu pul qazana bilməyəcəklər.
Rusiya mətbuatına istinadən xəbər veririk ki, öz xəstələrinin müalicəsində “B17” vitaminindən istifadə edən və onları ölümdən xilas edən həkimlər təqib edilir. Bir çox xarici saytlarda yayılan xəbərlərdə qeyd edilir ki, bu mövzunu ictimailləşdirmək qadağandır. Bu ACF-nin, Amerika Onkoloji Cəmiyyəti və Amerika Tibb Assosiasiyası oyununun bir hissəsidir.
“B 17” vitamini onkoloji xəstəliklərlə mübarizədə istifadə olunur. İddialara görə, bu vitaminin tətbiqi bədxassəli şişləri tamamilə məhv etməyə qadirdir. Kimyəvi üsulla müalicədən imtina edən bəzi xəstələrin yeganə müalicə vasitəsi də “В17” vitamini olub.
Qeyd etmək vacibdir ki, “B 17” vitamini ərik çəyirdklərində olur və düzgün istifadə olunması zamanı böyük üstünlükləri təmin edir. Ümumiyyətlə, ərik çəyirdəyi qiymətli maddələrlə zəngindir. Zəngin tərkibi sayəsində ərik çəyirdəyi xalq təbabətində geniş istifadə olunur. Ondan müxtəlif parazitlər, həmçinin bağırsaq qurdları ilə mübarizədə tətbiq olunur. Həmçinin, ərik çəyirdəyi göy öskürəyin, bronxitin və nefritin müalicəsi üçün effektiv vasitədir.
Ərik çəyirdəyindən əldə edilən yağ hələ orta əsrlərdə qiymətli məhsul hesab olunurdu. Onun dəyəri qızıla bərabər idi. Bu yağ sağaldıcı, yumşaldıcı, qurdqovucu, həmçinin bədəni gənc saxlayan antioksidant təsirə malikdir.
TREND




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Səudiyyə Ərəbistanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.11.2019
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15.11.2019
Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Allahşükür Paşazadə: Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info