Laçının işğalından 25 il ötür
Tarix: 17.05.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 25 il ötür. AZƏRTAC xəbər verir ki, bununla bağlı laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ümumrayon anma mərasimi keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər qəsəbədə ucaldılmış xatirə Abidə-Kompleksinin önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları Laçının təbiətini, tarixi abidələrini, işğaldan əvvəlki və sonrakı görüntülərini, laçınlı məcburi köçkünlərə dövlət qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
Laçınlı məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 ev talan və məhv edilib, 250-dən çox tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı
16.11.2019
İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib
15.11.2019
Tibb fakültəsi 20 illik yubileyini bayram edir
15.11.2019
Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info