Metroda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır
Tarix: 17.05.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı sərnişinlərə yüksək xidməti ilə seçilmiş "Bakı Metropoliteni" QSC yarışların keçirildiyi günlərdə də fəaliyyətini tədbirlər planına uyğun davam etdirir.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, İslam Oyunlarının təqviminə uyğun olaraq, yarışların keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır. Eyni zamanda, qonaqların daha çox axını müşahidə olunan şəhər mərkəzinə, həmçinin Atletlər kəndinin yerləşdiyi əraziyə yaxın olan "Koroğlu" stansiyasında gücləndirilmiş rejimə müvafiq qaydada daimi nəzarət davam etdirilir.

Qeyd edək ki, İslam Oyunlarının proqramına daxil olan yarışların keçirildiyi günlərdə Bakı Metropoliteni fəaliyyətini gecə saat 01:00-a qədər davam etdirir. Sərnişin axınından asılı olaraq, ehtiyac duyularsa, qrafikin uzadılmasının mümkünlüyü də qüvvədə qalır.
 
Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi sərnişinlərin, xüsusən də əcnəbi qonaqların xüsusi tələbatını nəzərə alaraq, bu günlərdə könüllülərin də xidmətindən faydalanır. Bu məqsədlə, namizədlərdən seçilmiş 30 könüllü növbəli iş rejimi qaydasında yarış məkanlarına və şəhər mərkəzinə yaxın stansiyaların vestibüllərində və platformasında fəaliyyət göstərir. Ötən günlərin təcrübəsi bir daha sübut edir ki, bu uğurlu addım həm qonaqlara xidmət mədəniyyətinin təşkilində, həm də şəhərimizin təbliğatında xüsusi effektli vasitəyə çevrilib. Metropoliten könüllüləri arasında keçirdiyimiz sorğuya əsasən, onlara həm yerli sərnişinlərin, xüsusən də İslam Oyunlarını izləmək üçün bölgələrimizdən gələnlərin, həm də əcnəbi qonaqların müraciəti kifayət qədər çoxdur. İlk günlərdə bu müraciətlərin sayı, təbii olaraq, daha çox olub. Bununla belə, hazırda hər könüllüyə müraciət edən metro istifadəçilərinin sayı kifayət qədər çoxdur ki, onların da böyük qismi əcnəbilərdir.
 
Onları yarış arenalarına doğru hərəkətlə yanaşı, şəhərimizin sosial-mədəni və iaşə obyektləri, iri ticarət mərkəzləri, gəzməli-görməli yerləri də maraqlandırır. Həm də yarışların ilk günləri ilə müqayisədə bu səpkidə müraciətlərin sayı da artıb. Sərnişinlərin məlumat almaq istədikləri məkanlar arasında İçərişəhər, xüsusən də Qız qalası, həmçinin dənizkənarı bulvar üstünlük təşkil edir. İlk günlərdə metropolitendən istifadə qaydaları, həmçinin gediş haqqının ödənilməsi ilə bağlı məlumat almaq istəyənlərin sayı daha çox olub. Bu mənada məhdud istifadə üçün kartların alınması üstünlük təşkil edir.
 
Əlavə edək ki, “Bakı Metropoliteni” QSC-də yarış və şəhərin əsas sosial-mədəni obyektlərinin qeyd olunduğu paytaxtın xüsusi xəritəsi olan yaddaş kitabçaları da hazırlanıb. Aksiyanın məqsədi qonaqların bu obyektlərə daha rahat çatmasını təmin etmək, bununla yanaşı, şəhərin digər sosial-mədəni obyektlərini təbliğ etməkdir. Daha geniş auditoriyada yayılmasını təmin etmək üçün yaddaş kitabçaları Bakının ən iri ticarət mərkəzlərinə və mehmanxanalarına təqdim olunub. Ötən günlər onu da bir daha əyani nümayiş etdirdi ki, bu kitabçalar şəhərimizin qonaqlarının ürəyincədir.
 
“Bakı Metropoliteni” QSC IV İslam Həmrəyliyi Oyunları ərzində fəaliyyətini təsdiq olunmuş tədbirlər planına uyğun qurur. Açılış mərasimində olduğu kimi, mayın 22-də - bağlanış tədbirinin keçiriləcəyi gecə ərzində də metropoliten fəaliyyətini gecə saat 02:00-a qədər davam etdirəcək. Lakin zərurət yaranarsa, açılış mərasimində olduğu kimi, metropolitenin fəaliyyəti daha gec saatlara qədər uzadılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
06.12.2019
Prezident: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
05.12.2019
Prezident: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar
05.12.2019
Prezident: Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11399

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info