TUMİB Balakən şəhərində gənclərin iştirakı ilə tədbir keçirib
Tarix: 17.05.2017 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, Balakən rayon İcra Hakimiyyətinin dəstəyi ilə Balakən şəhərində “Azərbaycan İslam həmrəyliyinin əsas mərkəzlərindən bir kimi: sivilizasiyalararası münasibətlərdə gənclərin rolu” adlı konfrans keçirib. Balakən şəhəri Nəsimi adına 2 nömrəli orta məktəbində baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini anmaqla başlayıb. Konfrans iştirakçıları sonra Azərbaycanın dövlət himnini ifa ediblər. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə konfransın məqsədi barədə məlumat verib. Qeyd edib ki, əsas məqsəd İslam sivilizasiyasını təbliğ etmək, ölkədəki radikalizmə qarşı mübarizə mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında geniş çıxış edib. Ç.Bayramov çıxışına davam edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.

Konfransda Balakən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı- Nəcəfov Fariz İftixar oğlu, TUMİB İdarə Heyətinin üzvü, tanınmış jurnalist Seymur Verdizadə, Balakən rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Qarayev, Balakən rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov və başqaları çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi tanımsaıdır. Natiqlər çıxışlarında qeyd etmişlər ki, Azərbaycan İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında da mühüm rol oynamışdır.

Natiqlər öz çıxışlarında qeyd etmişlər ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasından, İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı və ölkəmizin İslam dövlətləri arasında mənəvi körpüyə çevrildiyindən xəbər verir. Çıxışçılar onu da vurğulayıblar ki, 2017-ci ilin Balakənin ölkənin “Gənclər Paytaxtı” seçilməsi ilə Balakənli gənclərə çox önəmli vəzifələr və rollar verilmişdir.




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
27.11.2020
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
27.11.2020
Anasız böyümüşəm, anam Vətənimdir...
27.11.2020
Qızları Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib – VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info