İranda prezidentliyə daha bir namizəd mübarizəni dayandırıb
Tarix: 18.05.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


İranda keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınmış sabiq vitse-prezident Mustafa Haşimi Təba mübarizəni yarıda dayandırıb. O, bəyanatla çıxış edərək prezidentliyə digər namizəd Həsən Ruhaninin xeyrinə öz namizədliyini geri götürdüyünü bildirib. Qeyd edib ki, Həsən Ruhani ölkəni iqtisadi böhrandan çıxarmağa qadirdir. Keçmiş vitse-prezident öz tərəfdarlarını H.Ruhanini dəstəkləməyə çağırıb. Beləliklə, İranda prezidentliyə namizədlərin sayı 6-dan 3-ə enib. İran Konstitusiyaya Nəzarət Şurasının üzvi və sözçüsü Abbasəli Kədxudayi dünən bildirib ki, ilk turda qalib müəyyən olunmasa, gələn həftənin cümə günü ikinci tur keçiriləcək. O bildirib ki, seçkilər ikinci tura qalarsa, ilk turun yekun nəticələri açıqlandığı vaxtdan 2-ci turdan bir gün öncəyə qədər namizədlər təbliğat kampaniyası apara biləcək. Kədxudayi əcnəbi müşahidəçilərin seçkilərdə müşahidə aparmasına dair suala cavabında qeyd edib ki, beynəlxalq qurumlar və digər ölkələr tərəfindən seçkilərin müşahidəsini aparmaq razılaşma yolu ilə baş tutur: “Əcnəbilərin bu seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur. Baxmayaraq ki, bizim bundan çəkinəcəyimiz də yoxdur”. Kədxudayi daxili işlər nazirinin seçkilərin birmərhələli olacağına dair sözlərinə də reaksiya verib: “Seçkilərdə nə baş verəcək, bilmirəm. Mən münəccim deyiləm və xahiş edirəm ki, DİN-dəki dostlarımız güman və münəccimlik əsasında danışmasınlar”. Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”
18.11.2019
Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib
18.11.2019
Tiflisdə nümayişlərə 5,5 min nəfər qatılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info