İslamiadadan sonra Azərbaycanda turizm bumu yaşanacaq
Tarix: 18.05.2017 | Saat: 14:06:00 | E-mail | Çapa göndər
Flora Ələsgərova |

Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Sirr deyil ki, son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı durmadan artır. Azərbaycanın stabilliyi, iqtisadi inkişafı beynəlxalq təşkilatların diqqətini cəlb etməyə bilməzdi. Artıq ölkəmizə hər mənada etibar edirlər, inanıb güvənirlər. Bakı bu günlərdə daha bir beynəlxalq idman yarışına ev sahibliyi edir. İslam Həmrəyliyi Oyunları Azərbaycanın dünyada daha da tanınması üçün əla fürsətdir. Hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılır. Möhtəşəm açılış mərasimini təşkil etmək yalnız peşəkar komandanın işidir. Azərbaycanda isə bu komanda Avropa Oyunları zamanı, hətta ondan öncə də -“Avroviziya” yarışması Bakıda təşkil edilərkən formalaşmışdı. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də ölkəmizin irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən qürur hissi keçirirəm. Birinci Avropa Oyunlarında olduğu kimi, bu dəfə də dünya ictimaiyyəti möhtəşəm bir idman bayramının şahidi olur. Bakının idman arenalarında yarışlar yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilir. Bəli, İslam Həmrəyliyi Oyunları özündə dostluğu və sülhü birləşdirir. Azərbaycan isə daim öz qonşularına, islam ölkələrinə, ümumilikdə bütün dünyaya dostluq və sülh çağırışları ilə öz qapılarını açıb. Artıq ölkəmizə gələn qonaqlar da Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlarını deyirlər, təkcə təşkilati işlərin deyil, insanlarımızın da dost kimi mehriban, qardaş kimi istiqanlı olduqlarını deyirlər.
Belə yarışların Bakıda təşkil edilməsi turizmin də inkişafına böyük töhfə verəcək. Heç şübhəsiz ki, İslamiadadan sonra Azərbaycanda turizm bumu yaşanacaq. İslam ölkələrindən olan xeyli sayda turistin marağına cəlb olacaq ölkəmiz artıq hər il on minlərlə müsəlman ölkələrindən olan turistlər üçün əsl cənnət sayılacaq. Ona görə cənnət ki, doğrudan da, ölkəmizin gəzməli-görməli yerləri çoxdur. Yarışlardan sonra isə Azərbaycanın belə məkanlarına da böyük maraq yaranacaq. Elə təkcə İçərişəhərin adını qeyd etmək kifayətdir ki, Bakıda olan qonaqların bura necə maraqla yanaşdıqlarını təsəvvür edə bilərik. İslamiada həm də Azərbaycana xarici valyuta axınını bir qədər də olsa, artıracaq. Ümumiyyətlə, belə beynəlxalq tədbirlərin çox keçirildiyi ölkələrin iqtisadiyyatı daha çox inkişaf edir.
Azərbaycan “Formula 1” yarışlarına da ev sahibliyi edəcək ki, bu yarışlara da dünyada böyük maraq var. Bakı yolları artıq bu yarışlara hazırdır. Yadımdadır ki, ötən il yarış iştirakçıları İçərişəhərə yaxın ərazilərdən keçərkən, hətta əcnəbi televiziya aparıcıları öz təəccüb və həyəcanlarını gizlədə bilməmişdilər. Hətta belə fikir səsləndirilmişdi ki, bilmirsən ötüb keçən yarış avtomobillərinə baxasan, ya Bakının qədim, möhtəşəm küçə və binalarına. Yəni Bakımız, doğrudan da gözəldir, dünya Bakını hələ tam kəşf etməyib, İslamiada kimi yarışların böyük əhəmiyyəti odur ki, ölkəmizə, paytaxta olan maraq birə-beş artacaq. Azərbaycan, təkcə İslam dünyasının parlayan ulduzu deyil, həm də Şərqin sönməz çırağıdır. Bunu İslamiadada ölkəmizdə olan qonaqların da dilindən eşitmək olar. Daim bu cür uğurları seyr etmək isə məndə fəxarət hissi oyadır.




 
Müəllifin son yazıları

 Şərhlər Sayı: 1 
fcuydxtj 1


    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7514

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info