“Android” “Audi” və “Volvo” avtomobillərində quraşdırılacaq
Tarix: 18.05.2017 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


İsveçin “Volvo” və Almaniyanın “Audi” avtomobil istehsalçıları internet nəhəngi “Google” şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində “Android” mobil əməliyyat sisteminin növbəti nəsil avtomobillərə inteqrasiyası nəzərdə tutulur.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, mütəxəssislər smartfonun avtomobilə USB kabel vasitəsilə qoşulması ilə işləyən və qurğunun imkanlarından asılı olan “Android Auto” sistemindən istifadə əvəzinə, “Android”i “Audi” və “Volvo” avtomobillərində əməliyyat sistemi kimi quraşdırmaq qərarına gəliblər.
Beləliklə, avtomobilin informasiya və əyləncə sisteminin imkanları genişlənəcək. Smartfonda musiqini səsləndirmək və ya onu avtomobilə translyasiya etmək əvəzinə, istifadəçi musiqi üçün bütöv əlavəni birbaşa əyləncə sisteminə quraşdıra biləcək. “Volvo” nümayəndələrinin sözlərinə görə, “Android”in tətbiqi avtomobil sahiblərinə daha çox əlavələrdən yararlanmağa və köhnə avtomobillərin əməliyyat sisteminin yenilənməsini asanlaşdırmağa imkan verəcək.
Bundan başqa, “Google” əməliyyat sistemindən avtomobilin bir neçə sistemi ilə əlaqə üçün istifadəni (Məsələn, kondisioneri, damda lyuku və ya pəncərələri idarə etmək) təklif edir.
Bu həftə “Google” “I/O” konfransında “Android” sisteminin avtomobillərə inteqrasiyası barədə ətraflı məlumat təqdim etməyi planlaşdırır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
İsmayıllıda yol tikintisinə vəsait ayrıldı
20.06.2018
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
20.06.2018
“Bakcell” sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib
20.06.2018
 Kamran Nəzirlinin iki kitabının təqdimatı olub
20.06.2018
Qaçaqmalların ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info