Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Tarix: 18.05.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər
Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanda səfir kimi fəaliyyətə başlaması münasibətilə Erkan Özoralı təbrik etdi, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrinin xalqlarımızın eyni kökə və tarixinə əsaslandığını bildirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il mayın 28-də Naxçıvan və Türkiyə arasında körpünün açıldığını və ötən dövrdə əlaqələrin inkişaf etdiyini xatırladan Ali Məclisin Sədri Naxçıvanın muxtariyyət statusu qazanmasında və ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə Türkiyənin rolundan danışdı. Ali Məclisin Sədri Naxçıvanla Türkiyə arasında müasir gömrük-keçid kompleksinin və ikinci körpünün tikintisini, Bakı-Tbilisi-Qars dəmir yolunun və digər layihələrin həyata keçirilməsini ikitərəfli münasibətlərin gələcək inkişafına, eləcə də xalqlarımız arasındakı birliyin daha da möhkəmlənməsinə hesablandığını vurğuladı.
Naxçıvanın Türkiyənin türk dünyasına və türk dünyasının da Türkiyəyə açılan qapısı olduğuna diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublikanın ölkələrimiz arasındakı əlaqələrin inkişafına bundan sonra da töhfə verəcəyini bildirdi.
Erkan Özoral göstərilən diqqətə və xoş münasibətə görə minnətdarlıq etdi, qardaş ölkədə fəaliyyət göstərməyin onun üçün şərəf olduğunu vurğuladı. Mühüm strateji mövqeyə malik olan Naxçıvanın Türkiyə və Azərbaycan əlaqələrinin inkişafındakı əhəmiyyətindən danışan səfir diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını bildirdi.
Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
UNEC-in Zaqatala filialının tələbələri Aİ haqqında məlumatlandırılıb
22.09.2017
Qubada yeni məktəb binası istifadəyə verilib
22.09.2017
Vüsal Quliyev: “Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil”
22.09.2017
Gələn ay Alma bayramı və Xalça festivalı keçiriləcək
22.09.2017
Naxçıvanın qaz təsərrüfatı yaxşılaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7339

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
3 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info