Gəncə Dövlət Filarmoniyasının tikintisi yekunlaşır
Tarix: 18.05.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər
Binanın fasadını Azərbaycan bəstəkarlarının heykəlləri bəzəyəcək
Prezident tərəfindən 2012-ci ildə əsası qoyulan Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda filarmoniyanın interyerində və binanın qarşısındakı iki böyük fəvvarədə quraşdırma işləri aparılır. layihəsində antik yunan və orta əsrlər Avropasının Barokko memarlıq üslubunun üstünlük təşkil etdiyi filarmoniya binasının eyvanında Azərbaycan musiqi sənətinin 5 görkəmli nümayəndəsinin əzəmətli heykəli ucaldılacaq. Bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. Elmar Vəliyev bildirib ki, Gəncə Dövlət Filarmoniyasının eyvanını Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin, eləcə də dünya musiqi xəzinəsini əvəzolunmaz əsərləri ilə zənginləşdirən bəstəkarlar - Fikrət Əmirov, Qara Qarayev, Niyazi Tağızadə və Arif Məlikovun heykəlləri bəzəyəcək. Qeyd edək ki, eksteryerində zəngin arxitektura nümunələrinin və yunan əsatirləri qəhrəmanlarının əks olunduğu Gəncə Dövlət Filarmoniyasının binası həm də Qafqazda bu təyinat üzrə tikilən ən möhtəşəm mədəniyyət mərkəzidir.




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
Azərbaycan poeziyası Londonda səsləndirlib
26.05.2017
“İslam dini və Sülh” adlı tədbir-sərgi keçiriləcək
25.05.2017
Xalq artisti Habil Əliyevin xatirəsi anılacaq
25.05.2017
Camal Kamalın 80 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
25.05.2017
Əbülfəs Qarayev: “Növbəti Bakı Şopinq Festivalına 500-dək ticarət obyektinin qoşulacağı nəzərdə tutulur”

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6557

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info