Parisdə 28 May - Respublika Gününə həsr edilən fotosərgi açılıb
Tarix: 18.05.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
Parisdə 28 May - Respublika Günü münasibətilə “Azərbaycana səyahət” adlı fotosərginin rəsmi açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, sərgi Azərbaycanın Dostları Assosiasiyası və Paris Azərbaycan Evinin birgə təşəbbüsü ilə təşkil olunub. Açılış mərasimində Fransa parlamentinin və Senatın üzvləri, fransız jurnalistlər, iş adamları və diaspor nümayəndələri iştirak ediblər. Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva tədbiri açaraq sərginin məqsədi barədə məlumat verib, fotoların müəlliflərini təqdim edib. Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və tarixi barədə danışıb, bu günün ölkə üçün əhəmiyyətini vurğulayıb. Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Azərbaycan və Fransanın dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini bildirib. O, Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını qeyd edib. Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları nümayiş etdirilib. Fotolar əsasən Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirir. Sərgi mayın 31-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2017
Tallində Azərbaycan mədəniyyəti təbliğ olunub
25.09.2017
Sülh Xatirə Muzeyi 70 milyonuncu ziyarətçisini qəbul edib
25.09.2017
Litvada Qarabağla bağlı kitablar nəşr edilib
22.09.2017
“Ruhum - sözümdür” sənədli filminin təqdimatı keçirilib
22.09.2017
 “Şəhadət“ sənədli filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7355

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
5 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info