“Əli və Nino” filmi Lüksemburqda təqdim olunub
Tarix: 18.05.2017 | Saat: 20:34:00 | E-mail | Çapa göndər
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında Azərbaycanda çəkilən “Əli və Nino” bədii filminin Lüksemburqda “Kinepolis” kinoteatrında təqdimatı keçirilib. Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilgen film haqqında tamaşaçılara ətraflı məlumat verib və ekran əsərinin əhəmiyyətinə toxunublar. 80 il bundan əvvəl yazılan “Əli və Nino” romanı əsasında çəkilmiş film Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin mehriban yanaşı yaşadığını və ölkədəki tolerantlığı əks etdirir. Dövrümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıqla bağlı cəmiyyətlərə və insanlara vacib mesajlar ötürür. Bir çox ölkələrdə nümayiş olunan “Əli və Nino” filmi artıq tamaşaçıların rəğbətin qazanıb. TEAS-ın Benelüks ofisinin direktoru Mark Vervilgen filmin nümayişi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yenidən canlandığı, yeni əməkdaşlıqla bağlı danışıqların aparıldığı vaxta təsadüf etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə olan səfərindən, onun Avropa institutlarında görüşlərindən söz açıb. Avropa İttifaqının ölkəmizin ən böyük investoru olduğunu xatırladıb. Avropa İttifaqının iki qitə arasında strateji məkanda yerləşən Azərbaycana ehtiyacı olmasından, Böyük İpək Yolunun əhəmiyyətindən, Cənub Qaz dəhlizinin tikintisindən, onun Avropa enerji təhlükəsizliyinin təminatının şaxələndirilməsinə töhfəsindən danışıb. Müasir Azərbaycanın müxtəlif xalqların birgə mehriban yaşadığını, tolerantlığın və multikulturalizmin təşviqində, terrorizmə qarşı mübarizədə rolunu vurğulayıb. Sonra o, “Əli və Nino” filmdə göstərildiyi kimi məhəbbətə, sevgiyə sərhədin olmadığını qeyd edib. Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov bildirib ki, “Əli və Nino” filminin Avropa Parlamentində nümayişindən sonra Avropa Komissiyası da filmin nümayişi ilə maraqlanıb. Filmin iki müxtəlif dinlərə mənsub ölkələrin dostluq münasibətlərini də əks etdirdiyini diqqətə çatdırıb. “Gələn il Azərbaycan demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Bu filmdə ölkəmizdə hətta Avropa ölkələri və ABŞ-dan əvvəl qadınlara azadlıq, səsvermə hüququ verildiyi aydın nümayiş olunur. 1918-ci ildə yaranan ilk müstəqil Azərbaycanın hökumətində müxtəlif xalqların nümayəndələri - yəhudilər, ermənilər də təmsil olunub. Bu Azərbaycan xalqının tolerant və dost olduğunu göstərir. Filmin ölkələrin müstəqilliyinin əhəmiyyətinə toxunur. Avropa İttifaqı müstəqil tərəfdaşlarla daha çox inkişaf edər”, - deyə səfir vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Xalq şairi Xəlil Rza Ulutürkün xatirəsi anılıb
22.06.2017
Şəki “İpək Yolu” festivalında 10-a yaxın ölkənin musiqi kollektivi çıxış edəcək
22.06.2017
“Baku Fashion Club” təşkilatının təqdimat mərasimi olacaq
21.06.2017
Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında
21.06.2017
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Pekində forum işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6792

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info