Mətbuat Şurası KİVDF Müşahidə Şurasına namizədlərini müəyyənləşdirib
Tarix: 18.05.2017 | Saat: 21:17:00 | E-mail | Çapa göndər
Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Şuranın Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib. MŞ sədri Əflatun Amaşov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, KİVDF Müşahidə Şurasının hazırkı tərkibi Prezident tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir. Ə.Amaşov qeyd edib ki, “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir. MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u KİV-dən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcək. Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. Bu isə o deməkdir ki, Mətbuat Şurasının 18 nəmizədindən yalnız 6-ı Müşahidə Şurasının üzvü olaraq təsdiqlənəcək. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi Prezident tərəfindən təsdiqlənəcək. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində Müşahidə Şurasında təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 8 il ərzində KİVDF-nin Müşahidə Şurasında təmsil olunduğunu diqqətə çatdırıb. O, ötən müddəti Azərbaycan mediasının inkişafı baxımından vacib mərhələ kimi dəyərləndirib. Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, KİVDF-nin 8 illik fəaliyyəti nəticəsində xeyli işlər həyata keçirildi. Eyni kursun davam etdirilməsinə ehtiyac var. Buna görə də layiqli namizəd seçimi zəruridir. MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Fondun Müşahidə Şurasının tərkibinin formalaşdırılmasında Mətbuat Şurasının mövqeyinin nəzərə alınması quruma olan etimaddır və şübhəsiz irəli sürülən namizədlər bu etimadı doğruldacaqlar. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da 8 ildə Fondun Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. U.Rəhimoğlu ötən müddətin həm çoxsaylı qayğılarla, həm də mediamız adına gözəl yaşantılarla yadda qaldığını xatırladıb. Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə davam etdirəcəyinə əminliyini bildirən U.Rəhimoğlu İdarə Heyətinin üzvlərini onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib. Jurnalist təşkilatlarından 9 nəfər, kütləvi informasiya vasitələrindən 9 nəfər müəyyənləşdirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2017
BSU-nun rektoruna fəxri professor adı verilib
22.09.2017
UNEC-in Zaqatala filialının tələbələri Aİ haqqında məlumatlandırılıb
22.09.2017
Qubada yeni məktəb binası istifadəyə verilib
22.09.2017
Vüsal Quliyev: “Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil”
22.09.2017
Gələn ay Alma bayramı və Xalça festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7355

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
5 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info