SOCAR Ukrayna Müdafiə Nazirliyi üçün təyyarə yanacağı tədarük edəcək
Tarix: 19.05.2017 | Saat: 11:15:00 | E-mail | Çapa göndər
SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” bu ölkənin Müdafiə Nazirliyi ilə 2,9 min ton və 6,1 min ton həcmdə reaktiv mühərriklər və ya təyyarə yanacağının tədarük edilməsi ilə bağlı iki müqavilə imzalayıb.
 
“APA-Economics” Ukrayna mətbuatına istinadən xəbər verir ki, müqaviləyə əsasən, yanacağın bir tonunun qiyməti 16 637,9 qrivna (630,57 ABŞ dolları) və müvafiq olaraq 17 500 qrivna (663,25 dollar) təşkil edir.
 
Məlumdur ki, Müdafiə Nazirliyi bu yanacağı bu ilin mayın 31-nə kimi almalıdır. SOCAR-ın 6,1 min ton yanacağın alınması ilə bağlı birinci lotunda rəqibi “Voyskservis” MMC olacaq. 2,9 min ton yanacağın alınması ilə bağlı ikinci lotda isə Azərbaycan şirkətinin rəqibi “EFG Treqdinq” MMC olacaqlar.
 
Bununla belə “EFG Treqdinq”  şirkəti həmçinin 4 lotdan ikisinin qalibi olub. Şirkət bir tonuna 16 666 qrivna (631,64 dollar) +təşkil edən 6,1 min ton və 16 527 (626,37 dollar) qrivna olan 3 min təyyarə yanacağının alınması ilə bağlı razılığa gəlib. Artıq ölkənin Müdafiə Nazirliyi “EFG Treqdinq” ilə ümumi məbləği 181,5 mln. qrivna təşkil edən müqavilə imzalayıb. 




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
ABŞ Azərbaycanın layihələrinə dəstəyi davam etdirəcək
22.09.2017
Bakıda sahibkarlar və menecerlər üçün treninq
22.09.2017
Sahibkarlıq fəaliyyətinə yeni başlayan gənc qadınlar üçün treninq
22.09.2017
Vergilər naziri Qaxda vətəndaşları qəbul edib
22.09.2017
OPEC+ ölkələri Vyanada toplaşacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7339

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
3 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
4 Azərbaycanlı güləşçi Özbəkistanda çempion olub
5 Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info