Şamaxıda beynəlxalq simpozium keçirilib
Tarix: 19.05.2017 | Saat: 11:54:00 | E-mail | Çapa göndər
Bir çox tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının tarixinə daha bir əlamətdar simpoziumun keçirilməsi yazılıb. ADPU və onun Şamaxı Filialının, Türkiyə Cumhuriyyəti Amasiya Universitetinin, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyinin və Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkil etdiyi III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun ADPU-nun Şamaxı Filialında keçirilməsi çox yaddaqalan bir hadisədir. Tədbirdə Türkiyənin Amasiya Universiteti, Marmara Universiteti, Necmettin Ərbakan Universiteti, Çankırı Karatekin Universiteti, İtaliya Yokoku Assosiasiyası, Makedoniyadan 25 nəfər olmaqla, respublikamızın tanınmış alimlərindən akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və universitetin Ağcabədi, Quba, Cəlilabad, Şəki filiallarının direktorları, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Qasım Qasımov, Azərbaycanın bir çox elm müəssisələrindən və mədəniyyət mərkəzlərindən olan 120 nəfər elm xadimi, həmçinin Seyid Həmzə Nigarinin nəslindən olan qonaqlar, media nümayəndələri, Şamaxı Filialının professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Simpozium iştirakçıları əvvəlcə Şamaxı rayon mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri qoydular və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Sonra filialın akt zalında plenar iclas keçirilib. Simpoziumu giriş sözü ilə filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova açaraq iştirakçıları salamladı və bildirib ki, 17 may işığına toplaşdığımız Həmzə Nigarinin doğulduğu Qarabağın dilbər guşələrindən biri olan Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal edildiyi gündür. Hələ 200 il öncə Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin “sinəsinə sancılan xəncər kimi onu istiraba qərq etdiyini” ifadə edib. Sanki o, Qarabağın 200 il sonra ermənilər tərəfindən işğal edilib talan olunacağını hiss etmiş kimi bugünkü insanların əhvali-ruhiyyəsini misralarında əks etdirib. Qarabağ həsrəti ilə alışıb yanan Həmzə Nigari bu günümüz üçün də dua edib.
Sonra Laçın rayonunda və bütövlükdə Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
T.Yusifova çıxışında qeyd edib ki, qədim elm və mədəniyyət mərkəzi olan Şamaxıda Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, həm də məntiqidir. ADPU-nun Şamaxı Filialının tarixində ilk dəfə belə bir beynəlxalq simpoziumun keçirilməsi xüsusilə əhəmiyyətlidir və gələcəkdə belə tədbirlərin keçirilməsi üçün uğurlu başlanğıcdır.
Giriş sözündən sonra Həmzə Nigarinin “Nə sünniyiz, nə şiə” misraları musiqinin müşayiəti ilə səsləndirilib.
Sonra söz simpoziumun keçirilməsi üçün ilk günlərdən böyük dəstək olmuş, xüsusi diqqət və qayğı göstərmiş ADPU-nun rektoru, professor Cəfər Cəfərova verilib. Rektor Cəfər Cəfərov İslam Həmrəyliyi İlində Şamaxıda-filialımızda dünyaca tanınmış məşhur sufi şairi Həmzə Nigarinin adı ilə bağlı III Beynəlxalq Simpoziumun keçirilməsinin mühüm hadisə olduğunu qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb. Rektor Həmzə Nigarinin Türk-İslam dünyasına məna yüklü əsərlər bəxş etməsindən danışaraq bildirib ki, onun divanı türk dilində əvvəlcə Tiflisdə, sonra İstanbulda nəşr edilib. Sonralar isə dəyərli alimlərin əsərlərinin sadələşdirməsi və yeni əlifbaya çevirməsi ilə həm Türkiyədə, həm də Azərbaycanda yenidən çap olunub. Həmzə Nigarinin İstanbulda nəşr olunan fars dilində də divanı var. Nigari “Nigarrnamə”, “Saqinamə”, “Çaynamə” məsnəvilərini, o cümlədən məşhur sufi mütəfəkkiri Muyiddin Ərəbinin “Fütuhatı-Məkkiyə” əsərinə izahlar yazıb. Son zamanlar nigarişünaslığın deyə biləcəyimiz ədəbiyyat tədqiqatları yaranıb. Hazırda Nigari və ardıcıllarının həyat və yaradıcılığı daha dərindən öyrənilməkdədir. Mirzadə Mustafa Fəxrəddin Ağabalinin “Hümayi-ərş” əsərinin nəşr olunması bu istiqamətdə ilk mənbələrdəndır.
Şamaxı RİH-in başçısının müavini Qasım Qasımov da öz növbəsində simpoziumun ADPU-nun Şamaxı Filialında keçirilməsini mühüm hadisə kimi qiymətləndirərək simpoziumun işinə uğurlar arzuladı.
Çıxış edən akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli simpoziumun işini elmi cəhətdən çox yüksək qiymətləndiriblər və bütün iştirakçılara uğurlar arzulayıblar.
Amasiya Azərbaycan Türkləri Kültür Sanat və Dayanışma Dərnəyinin başqanı Atilla Yaprak, Amasiya Universitetinin dosenti Metin Hakverdioğlu, İtaliya Yokoko Assosiasiyasından təşrif buyurmuş doktor Andrea Macchia, Makedoniya Universitetinin professoru Zoran Matevski, AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun dosenti Nəzakət Məmmədli, Həmzə Nigari nəslindən olan qonaqlardan Siracəddin Həmidov və Müntəxab Mirsədizadə çıxış və məruzələr edərək Həmzə Nigarinin həyat və yaradıcılığından, beynəlxalq simpoziumun əhəmiyyətindən danışıblar.
ADPU-nun Şamaxı Flialının II tədris ili tələbəsi Heydər Sadıqovun balabanın müşayiəti ilə Həmzə Nigarinin “Qarabağ” tərcibəndini söyləməsi simpoziuma xüsusi rəng qatıb.
Plenar iclasın sonunda fəxri qonaqlara ADPU və onun Şamaxı Filialı adından hədiyyələr təqdim olunub və gələn qonaqlar da öz hədiyyələrini təqdim ediblər.
Sonra simpozium öz işini “Həmzə Nigari və sufizm”, “Türk dünyası mədəni irsi”, “Gənc alimlərin Sufizm və Türk dünyası mədəni irsi araşdırmaları” başlıqları altında üç bölmədə davam etdirib. Simpoziumun ilk günündə bölmə iclaslarından sonra qonaqlar Şamaxı rayonunda yerləşən Cümə məscidini və Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Növbəti gün simpozium öz işini başa çatdırıb və simpoziumun bağlanışında bölmə rəhbərlərinin hesabatları dinlənilib. Qeyd edilib ki, bölmələrdə çox maraqlı və aktual məqalələr müzakirə olunub. Simpoziumun keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Simpoziumda iştirak edən hər kəsə sertifikatlar və nəfis şəkildə tərtib olunmuş “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları” adlı kitab təqdim olunub.
Sonda filialın direktoru T.Yusifova simpoziumun yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və xarici ölkələrdən gəlmiş qonaqlara simpoziumun gedişində çəkilmiş fotoşəkillərdən ibarət albom təqdim edib. Simpoziumun bağlanışından sonra iştirakçılar Şamaxının tarixi əhəmiyyət daşıyan görməli yerlərini ziyarət ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Dövlət dilinə dövlətin qayğısı
17.11.2017
Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənmək istəyir
17.11.2017
BSU-da Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
17.11.2017
ADPU-da müsabiqə qaliblərinə mükafatlar təqdim edilib
17.11.2017
Milli Məclis “Rəşadət” ordenini təsis edib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7715

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info