Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq
Tarix: 19.05.2017 | Saat: 12:38:00 | E-mail | Çapa göndər
Bu tədris ilində Azərbaycanda 740-dan artıq SABAH qrupları tələbəsi məzun olacaq. Təhsil nazirinin müavini Ceyhun Bayramov ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı bildirib ki, hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə, 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. O deyib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yaradılan SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir: "Son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris il üçün bu rəqəm 1790 olub. Bu layihədə ən böyük rol müəllimlərin üzərinə düşür. SABAH qruplarına müəllimlər seçim əsasında həyata keçirilir. Bu qruplarda təhsil alan gənclərin də sonradan işlə təmin olunması vacib amil hesab edilir.  Ötən il 38 xarici və dövlət şirkəti SABAH qruplarında təhsil alan 600 tələbəyə iş təklif edib".
Nazir müavini qeyd edib ki, növbəti tədris ilindən bu qruplarda oxuyan tələbələr ikinci xarici dil olaraq alman dili tədris olunacaq. Onu sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Prezident Türkiyəyə səfərə gedib
12.12.2017
Azərbaycan dövlətçiliyinin xilaskarı
12.12.2017
Müstəqil Azərbaycanın memarı
12.12.2017
Avropa Məhkəməsi Ermənistanı azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməyə məhkum edib
12.12.2017
 “Görkəmli dövlət xadimi Heydər Əliyev Vyetnama böyük diqqət göstərib”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info