“Müasir İpək Yolu” layihəsinə 2023-cü ilədək 1 milyon turist qoşulmalıdır”
Tarix: 19.05.2017 | Saat: 13:19:00 | E-mail | Çapa göndər
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Müasir İpək Yolu” layihəsi çərçivəsində təşkil olunan ikinci sınaq tur-aksiyası ilə əlaqədar mətbuat konfransı keçirilib.
“a La Carte Travel” şirkətinin baş direktoru Nəsib Usubov layihənin yaranma tarixindən, görülən işlərdən danışıb, “Müasir İpək Yolu”nun türkdilli dövlətlərin təbliği sahəsində oynadığı rolu xüsusi vurğulayıb. Bildirib ki, layihənin 14 günlük birinci sınaq mərhələsi bu ilin aprel ayında uğurla həyata keçirilib və mayın 12-dən artıq ikinci tura start verilib.
“İkinci mərhələnin iştirakçıları Türkiyədən sonra Azərbaycanda 3 gecə 4 gün keçiriblər və buradan Qazaxıstana, sonra isə Qırğızıstana yola düşəcəklər. Layihənin özəlliyi ondan ibarətdir ki, iştirakçılar dörd ölkədə olmaqla bir-birilərinin mədəniyyətlərini, tarixini, adət-ənənələrini daha yaxından tanıyacaqlar. Türkdilli dövlətlərlə yanaşı, bu layihəyə Fransadan, Amerikadan, Almaniyadan, İtaliyadan və s. ölkələrdən qoşulacaqlar. Layihə türkdilli ölkələr arasında mədəniyyət, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcək”, - deyə N.Usubov əlavə edib.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov “Müasir İpək Yolu” layihəsinin həyata keçirilməsində görülən işlərdən danışıb. Bildirib ki, turizm sahəsində əməkdaşlıq razılaşması dörd ölkə başçısının Bodrum görüşündə əldə olunub. Layihənin Azərbaycan üçün əhəmiyyətindən danışan M.Qəhrəmanov bildirib ki, bu tur ölkəmizin milli dəyərlərinin, tarixinin, mədəniyyətinin təbliği baxımından mühüm rola malikdir. İkinci sınaq mərhələsinin Azərbaycan hissəsinin “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının keçirildiyi günlərə təsadüf etməsi tur-aksiyanı daha maraqlı edib.
Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev təmsil etdiyi qurum barədə ətraflı məlumat verib. Layihənin əhəmiyyətindən danışan C.Şahverdiyev “Müasir İpək Yolu” layihəsinin məqsədindən danışaraq bildirib ki, bu, türkdilli ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafına mühüm töhfə verəcək. “Layihənin məqsədi türkdilli dövlətlər arasında turizm sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdir. Aparılan hesablamalara görə, 2023-cü ilədək bu layihəyə 1 milyon turist qoşulmalıdır”, - deyə, o qeyd edib.
Almaniya təmsilçisi Martin Lejeun Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, xalqımızın qonaqpərvərliyinin, təbiətimizin gözəlliyinin onda dərin təəssüratlar yaratdığını vurğulayıb.
Sonra ikinci sınaq mərhələsinin Türkiyədən, İrandan, Qazaxıstandan olan digər iştirakçıları layihənin əhəmiyyətini vurğulayıb, onun gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
QHT-lər üçün əlverişli mühit yaradılıb
23.05.2017
IV İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülər fəallıq göstərib
23.05.2017
Azərbaycanlı gənc Avropa Gənclər Forumunun DİŞ-nin üzvü seçilib
23.05.2017
Mübariz Qurbanlı Ağdamda vətəndaşları qəbul edib
23.05.2017
700 bal toplayan tələbə: “Ən böyük arzum – BANM-ə yüksək balla daxil olmaq idi”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6511

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info