“Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
Tarix: 19.05.2017 | Saat: 13:57:00 | E-mail | Çapa göndər
Vüqar Abbasov: “Bizim əsas məqsədlərimizdən biri də Azərbaycanla Niderland Krallığı arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfəmizi verməkdir”

Niderland Krallığında fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasovla müsahibəni təqdim edirik



-Azərbaycanla Hollandiya arasında iqtisadi əlaqələrin inkişafının perspektivləri özünü necə göstərir?

-Bilirsiniz ki, bu il Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyidir. Təbii ki, iki ölkə arasında həm də iqtisadi əlaqələr mövcuddur. Ötən illər ərzində çoxsaylı qarşılıqlı səfərlər olub. Məsələn, ötən ilin oktyabr ayında Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Niderland Krallığına səfər etdi. Bu səfəri ona görə xüsusi vurğuladım ki, Niderland həm də kənd təsərrüfatı ölkəsi kimi tanınıb və Azərbaycanın bu sahədə Niderlanddan öyrənəsi çox şey var. Əgər edilmiş və ediləcək səfərlər nəticə verərsə, iki ölkə arasındakı inkişafın prespektivi daha yaxşı ola bilər. Eyni zamanda iki ölkənin iş adamları arasında da əlaqələrin inkişaf etməsi vacibdir.

-Holland iş adamlarının Azərbaycana investisiya yatırması üçün nə kimi əlverişli şərait var?
-Azərbaycanda, bu baxımdan, şərait yaradılarsa, niderlandlı iş adamlarını ora investisiya qoymağa inandırmaq olar. Mən bir çox niderlandlı iş adamları ilə əlaqə saxlamışam, hansı ki, onların ölkəmizdə iş qurmaq kimi istəkləri olub. Bununla bağlı Azərbaycana bir neçə elektron məktub göndərsək də cavab ala bilmədik. Göndərdiyimiz məktublara ya cavab verilmir, ya da çox qısa cavab yazırlar ki, “Sizə cavab veriləcək” və sonra isə heç bir cavab verilmir. Hələlik həmin təşkilatların, qrumların adlarını çəkmirəm... Böyük hövsələ ilə cəhdlərimizi davam etdiririk. Qaldı ki, Azərbaycandakı əlverişli şəraitə, bunları sadalaya bilərəm: işçi qüvvəsi o qədər də, hər halda, Niderlandla müqayisədə heç baha deyil. Kənd təsərrüfatı, turizm və s. inkişafı üçün bütün təbii şərait var. Yetər ki, bu və ya digər sahələrə investisiyalar cəlb edə bilək.

-Ölkə başçısı son çıxışlarında Azərbaycan məhsullarının xaricdə təbliğinin vacibliyini vurğuladı. Bizim milli məhsullara hollandlar nə dərəcədə maraqlı ola bilərlər? Azərbaycan məhsullarının Hollandiya vitrinlərinə çıxması üçün hansı işlər görmək olar?
-Ölkə başçısı həm bu, həm də yuxarıda söhbətini etdiyimiz investisiyalar barədə dəfələrlə çıxışlar edib. Əlbəttə ki, bu istək alqışlanmalıdır. Ancaq bunu edəcək şəxslər də işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Ölkə başçısının çıxışından sonra bir qədər hərəkətlilik hiss olunur. Konkret Niderland bazarına gəlincə, əlbəttə ki, biz buna cəhd etməliyik. Təbii ki, bütün bunlar bir günün, iki günün işi deyil. Bazara daxil olmaq üçün çox işləmək lazımdır və “Connect” təşkilatı olaraq bu sahədə əlimizdən gələni etməyə hazırıq. Əgər bu barədə bizə müraciət olarsa, nəticə əldə edəcəyimizə inanıram.

-"Connect"in Azərbaycanla bağlı nə kimi planları var?
-Planlar çoxdur, sadəcə, bunları həyata keçirmək üçün imkanlar olmalıdır. Yuxarıda da qeyd etdiyim kimi, bizim əsas məqsədlərimizdən biri də iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfəmizi verməkdir. Bunun üçün buradakı iş adamları ilə çoxsaylı görüşlərimiz olub və bu görüşlər davam edir. Buranın yerli mətbuatı ilə dəfələrlə iş adamlarına müraciət etmişik və nəticəsi də olur. Yaşadığımız yerin bələdiyyə başçısı ilə dəfələrlə görüşlərimiz olub və həmin görüşlərdə yerli iş adamlarının Azərbaycana sərmayə qoyması və əksinə, Azərbaycan iş adamlarının Niderlanda sərmayə qoymaq imkanlarını müzakirə etmişik. Etiraf edim ki, Azərbaycan tərəfdən aktivliyimiz yetərli deyil. Mənim təşkilatdakı həmkarım Vim van Embden qeyd etdiyimiz məsələlər barəsində sürətli hərəkət etməmizi istəyir. Biz bu işlərdən nəticə əldə edəcəyimizə ümidliyik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanın Vikipediyada daha bir uğuru
23.06.2017
Vətəndaşlığı olmayanların ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir
23.06.2017
Vüsal Quliyev: “O torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq”
23.06.2017
Qərəzdən doğan qısqanclıq
23.06.2017
Yəhya Babanlı: “Strukturumuza daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6807

1 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
4 Daxili Qoşunların Şirvandakı hərbi hissəsinin açılışı olub
5 Avropa ölkələri borc bataqlığında
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info