Rusiya telekanallarında İslam Həmrəyliyi Oyunları haqqında reportaj yayımlanıb
Tarix: 19.05.2017 | Saat: 14:12:00 | E-mail | Çapa göndər
Hazırda Bakıda dünyanın 54 ölkəsindən üç min idmançı müxtəlif idman növləri üzrə mübarizə aparır. Əslində İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilən ilk irimiqyaslı yarış deyil. Azərbaycan birinci Avropa Oyunlarına, Ümumdünya Şahmat Olimpiadasına, Formula-1 yarışlarına, dünya çempionatlarına ev sahibliyi etməklə həm Avropanın, həm də müsəlman Şərqinin idman tədbirlərini eyni uğurla təşkil edən multikultural mərkəz statusu qazanıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın NTV telekanalının “İşgüzar səhər” proqramında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reportaj bu fikirlərlə başlayır. Reportajda bildirilir ki, bu Oyunların Bakıda keçirilməsi barədə qərar 2013-cü ildə İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci Baş Assambleyasında qəbul olunub.
Rusiyanın RBK telekanalında təqdim olunan reportajda isə deyilir ki, paytaxt Bakıya dünyanın hər yerindən - Rusiyadan, Avropadan, Orta və Yaxın Şərq ölkələrindən turistlər gəlir. IV İslam Həmrəyliyi Oyunlarının rəmzi su, talismanı isə Qarabağ atlarıdır.
Yarışlar birinci Avropa Oyunlarında uğurla sınaqdan keçirilmiş müasir idman arenalarında təşkil olunur. Reportajda diqqətə çatdırılır ki, əsas amil müsəlman dünyasının həmrəylini və dostluğunu nümayiş etdirməkdir.
Rusiyanın internet portalları da Azərbaycanda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarına geniş yer ayırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
“Barselonadakı terror Aİ-nin səhv miqrasiya siyasətinin nəticəsidir”
18.08.2017
Ermənistan ordusundakı qətllər və intiharlar cəmiyyətin narazılığını artırıb
18.08.2017
Alimlərimiz Avstriyada və Gürcüstanda elmi tədqiqatlar aparırlar
18.08.2017
Traktorun aşması nəticəsində 7 nəfər ölüb
17.08.2017
Moldovanın yeni təhlükəsizlik strategiyası hazırlanır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7143

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info