Cəfər Cəfərov: “Müəllim peşəsinə olan inamın yüksəldilməsi istiqamətində işlər həyata keçirilir”
Tarix: 19.05.2017 | Saat: 14:37:00 | E-mail | Çapa göndər
"Valideynlər övladlarını gələcəyin hədəflərinə uyğun yetişdirmək üçün yeni yollar və formullar axtarırlar. Kompüter,  planşet və ağıllı telefonlarla bir arada uşaqları öyrətmək, tərbiyə etmək çox çətindir. Bu işin öhdəsindən gələ biləcək müəllim kadrların hazırlanması təhsil müəssisələrinin qarşısında yeni tələblər qoyur".
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov bildirib. Rektor deyib ki, ölkədə pedaqoji təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi dünyada baş verən dəyişikliklərə və yeniliklərə uyğun yenidən qurulması, müasir tələblərə cavab verməsi istiqamətində yeni addımların atılmasına və pedaqoji təhsilin keyfiyyətini dünya göstəricilərinə uyğunlaşdırılmasına ehtiyac var.  Bu hədəflərə nail olmaq üçün ali məktəbin üzərinə böyük öhdəliklər düşdüyünü deyən rektor qeyd edib ki,  cəmiyyətin və dövlətin universitetdən haqlı gözləntiləri çoxdur.
C.Cəfərov vurğulayıb ki, yeni təhsil modelinin tətbiqi günün ən aktual probleminə çevrilib. Onun sözlərinə görə, müasir təhsilin hədəfi problemləri həll etmək bacarığına sahib,  biliyi əldə etmək yollarını bilən, analitik düşüncə qabiliyyətinə malik olan mütəxəssislər yetişdirməkdir: "Bir vaxtlar müəllim peşəsinə olan inamın yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarığa malik müəllim yetişdirilməsi istiqamətində işlər həyata keçirilir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
QHT-lər üçün əlverişli mühit yaradılıb
23.05.2017
IV İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülər fəallıq göstərib
23.05.2017
Azərbaycanlı gənc Avropa Gənclər Forumunun DİŞ-nin üzvü seçilib
23.05.2017
Mübariz Qurbanlı Ağdamda vətəndaşları qəbul edib
23.05.2017
700 bal toplayan tələbə: “Ən böyük arzum – BANM-ə yüksək balla daxil olmaq idi”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6512

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info