ADPU-da 150 vəzifə yeri hər il yenilənəcək
Tarix: 19.05.2017 | Saat: 14:38:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qarşısında hər il ərzində təxminən 150 vəzifənin seçkilər vasitəsilə yenilənməsi tələbi qoyulub.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə bir neçə il ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji heyətinin yeni, müasir dövrün tələblərinə uyğun şəkildə seçilməsi qarşıya tələb formasında qoyulub.
Rektor əlavə edib ki, ən mühüm işlərdən biri müəllim kollektivinin və tələbələrin motivasiyasının yüksəldilməsi istiqamətində addımlardır.
Bu gün ADPU-nun Bakı filialında 800-ə qədər pedaqoji heyətin çalışdığını söyləyən C.Cəfərov deyib ki, ali məktəbdəki 114 vakant yerə 500 sənəd verilib. Onların 150-dən çoxu namizədliyini kənardan verib.
C.Cəfərov qeyd edib ki, bundan başqa, universitetdə 200-300 nəfərlik texniki personalın, laborant heyətinin, kitabxana işçilərinin attestasiyası keçirilir.
Rektor hesab edir ki, bunlar pedaqoji sahədə durğunluğun pozulması və bu sahədə olan fəaliyyəti stimullaşdırmağa dair atılan addımlardır.
Onun sözlərinə görə, ölkədə insan kapitalının inkişafı məhz təhsil alan şəxslərin müasir bilik və bacarıqlara yiyələnməsi yolu ilə mümkün ola bilər.
Rektorun fikrincə, bu günün tələbləri olan gələcək müəllimlərin gələcəkdə dərs seçdiyi sinifdə qarşısına çıxa biləcək həqiqət və reallıqlara uyğun şəkildə hazırlanmaları ən əsas strateji hədəfdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanın Vikipediyada daha bir uğuru
23.06.2017
Vətəndaşlığı olmayanların ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir
23.06.2017
Vüsal Quliyev: “O torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq”
23.06.2017
Qərəzdən doğan qısqanclıq
23.06.2017
Yəhya Babanlı: “Strukturumuza daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6792

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info