Rusiyada erməni əsilli media maqnatının holdinqi barədə müflisləşmə iddiası qaldırılıb
Tarix: 19.05.2017 | Saat: 14:40:00 | E-mail | Çapa göndər
Rusiya Federal Vergi Xidməti bu ölkədəki erməni əsilli media maqnatı Aram Qabrelyanovun “News Media” holdinqinə məxsus “Jizn” qəzetinin və “Life” telekanalının müflisləşməsi barədə ərizə ilə müraciət edib. “Kommersant” qəzeti yazır ki, “Life” telekanalının vergi borcundan başqa Krımda apardığı yayıma görə Rusiya teleradio şəbəkəsinə də borcu var.
Qabrelyanov isə mətbuata müsahibəsində holdinqin vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş “Unifin” bankına köçürdüyünü iddia edir.
Bundan əlavə, “Life” telekanalının verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya teleradio şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə 3,5 milyon rubl borcu var.
Hazırda “Life” telekanalı Krım ərazisində yayımını dayandırıb. Qabrelyanov bunu efir yayımının bahalığı ilə izah edib.
Xatırladaq ki, A.Qabrelyanova məxsus “Life” telekanalının çəkiliş qrupu Dağlıq Qarabağda Aprel döyüşləri zamanı Tərtər rayonundan çəkiliş edərkən yalan məlumatlar yaydığına görə Azərbaycan ərazisindən çıxarılmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ukrayna prokurorluğu Saakaşvilinin ilə bağlı apelyasiya şikayəti verəcək
12.12.2017
Ermənistanın dövlət borcu 6 milyard 404 milyonu ötüb
12.12.2017
Erməni əsgəri öz yoldaşını öldürüb
12.12.2017
Ermənistan ordusunun daha bir əsgəri minaya düşüb
12.12.2017
Moskvada Heydər Əliyevin vəfatının ildönümünə həsr olunan anım tədbiri keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7904

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info