BANM-də Layihələrin idarə edilməsi məktəbi açıldı
Tarix: 19.05.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə edilməsi məktəbinin (SPM) rəsmi açılış mərasimi keçirilib. Bu məktəb, BANM, BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” tərəfindən təşkil olunub. Tədbirdə SOCAR və BP-nin rəhbər heyəti, ölkəmizin bir sıra ali təhsil müəssisələrin və beynəlxalq şirkətlərin təmsilçiləri, həmçinin SPM-in iştirakçıları qatılıb. SPM-in iyirmi altı tələbələri sırasında SOCAR, BP, ATLANTIC WASTE SOLUTIONS, “PAŞA Həyat Sığorta” ASC, Pasha Holding, Gilan Tekstil Parkı, Bakı Şəhər Halqası şirkətlərin və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov çıxışında SPM-in Azərbaycan üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə, layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən bəhs edib. Rektor, layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolu olacağını xüsusi olaraq vurğulayıb.
SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək bildirib ki, SPM ölkənin elmi və təhsil potensialının inkişafına kömək etmək məqsədilə yaradılıb. X.Məmmədov qeyd edib ki, bu proqram vasitəsilə iqtisadiyyatın bütün sahələrindən orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək edə biləcək.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında qeyd edib ki, bu layihə indiyədək BP-nin öz tərəfdaşları ilə birlikdə maliyyələşdirdiyi ən uğurlu ixtisasartırma və yerli potensialın yaradılmasına dəstək təşəbbüslərindən biridir. O, bildirib ki, artıq bu məktəb yerli potensialı inkişaf etdirən beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilib.
SPM-in açılış mərasimində çıxış edən SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Layihələrin idarə edilməsi məktəbinin tələbələrinə uğurlar arzulayaraq, bu təlim proqramın iştirakçıları üçün onların gələcək karyeralarında uğur qazanmaqlarına birbaşa təsir edəcəyini bildiriblər.
“TwentyEighty Strategy Execution” şirkətinin əməkdaşı, biznes inzibatçılığı üzrə magistrı, SPM-in təlimçisi Didye Estibal BANM-də iştirakçılar üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olmasından və SPM-də iştirak edən hər bir mütəxəssisin layihələrin idarə edilməsi, planlaşdırma və büdcəyə nəzarət, risklərin idarə edilməsi, layihələrdə liderlik və keyfiyyət kimi aspektləri daha dərindən öyrənmək imkanı əldə edəcəyini vurğulayıb.
Bildirilib ki, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını artırmaqdır. Buna görə də ilkin mərhələdə kurslar ingilis dilində keçiriləcək və 2-3 il keçdikdən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacaq.
Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun partnyorları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədi ilə təsis edilib. “TwentyEighty” şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram 7 moduldan (10 ay) ibarətdir və yekunda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Başlandığı gündən etibarən proqramda 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak edib. BANM-in dəstəyi ilə proqramın 4-cü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdən sonra BANM proqramı müstəqil olaraq tədris etmək səlahiyyətini əldə edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanın Vikipediyada daha bir uğuru
23.06.2017
Vətəndaşlığı olmayanların ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir
23.06.2017
Vüsal Quliyev: “O torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq”
23.06.2017
Qərəzdən doğan qısqanclıq
23.06.2017
Yəhya Babanlı: “Strukturumuza daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6792

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info