Neftçala avtomobil zavodu avqust ayında istifadəyə veriləcək
Tarix: 19.05.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər
İran ilə Azərbaycanın birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodu cari ilin avqust ayında istifadəyə veriləcək.
Bu haqda İranda nəşr olunan ingilis dilli “Iran Daily” qəzeti məlumat verib.
Qeyd olunub ki, zavodu İranın “İran Khodro” və Azərbaycanın “AzEuroCar LLC” şirkətləri birgə inşa edirlər. İldə 10 min avtomobil istehsal etmək gücünə malik olan zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək. Layihənin dəyəri 15 milyon dollar həcmindədir.
Avtomobillərin ehtiyat hissələri Azərbaycandakı zavodlarda istehsal ediləcək. İstehsal olunacaq avtomobillər MDB və Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək. Avtomobillər Avro-5 standartına uyğun istehsal ediləcək.
Xəbərdə o da bildirilib ki, son illər Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Belə ki, cari ilin yanvar ayında iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 15,77 milyon dollara çatıb. Ötən il isə bu rəqəm 9,56 milyon dollar həcmində olmuşdu. Ölkələr arasındakı ticarət dövriyyəsinin həcmi 70 faiz artıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
“Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”
23.05.2017
Əşrəf Seyyid Dahruq: “Oyunlar yüksək səviyyədə keçirildi”
23.05.2017
“Mövcud status-kvo davam edə bilməz”
23.05.2017
Gəncə çayı iri sal qayalara dəyib gurultu qoparır
23.05.2017
“Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6512

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info