Əlcəzairli jurnalist: “İslam Həmrəyliyi Oyunlarında media üçün rahat şərait yaradılıb”
Tarix: 19.05.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər
“Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını çox bəyəndim. Bu oyunlarda 50-dən çox ölkənin idmançıları bir araya gəlib. Bu özü də bir İslam həmrəyliyi nümunəsidir”. Bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarında çəkiliş aparan Əlcəzairin “Ennahar” televiziya kanalının jurnalisti Khaoula Mansouri özəl olaraq “Palitra”ya bildirdi.
Khaoula Mansouri İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığını yüksək qiymətləndirdi: “Oyunların çox güclü mühafizə xidməti qurulub. Bütün ətrafda çoxlu mühafizəçilər dayanıb. Biz istər oyunların keçirildiyi idman mərkəzlərində, istərsə də şəhərdə özümüzü çox rahat, təhlükəsiz hiss edirik”.
Khaoula Mansouri oyunlar zamanı medianın çəkiliş aparması üçün rahat şəraitin yaradıldığını dedi: “İdman mərkəzlərinə KİV nümayəndələrini aparmaq üçün ayrıca avtomobil ayrılıb. Hətta idman zallarında media üçün ayrıca yerlər var. Ayrıca biz gəlib Əsas Media Mərkəzində də qaliblərdən müsahibələr ala bilirik. Bütün bunlar da İslam Həmrəyliyi Oyunlarında mediaya göstərilən diqqətin bariz nümunəsidir”.
Khaoula Mansouri Azərbaycan haqqında da öz təəssüratlarını bildirdi: “İlk dəfədir ki, Azərbaycanda oluram. Sizin ölkəni çox bəyəndim. Burada insanlar çox gülərüz və qonaqpərvərdir”.
O qeyd etdi ki, Azərbaycan və Əlcəzair İslam ölkələri olmasına baxmayaraq, adət-ənənə, milli geyim və s. baxımından çoxlu fərqləri var.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
“ABŞ qoşunlarını Suriyadan çıxarmayacaq”
12.12.2017
“Rəşad məşqçi kimi tam formalaşıb”
12.12.2017
Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib
12.12.2017
“İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir”
11.12.2017
Xalçalarımız ABŞ və Almaniyada alıcılara təqdim olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info