Sürücüsüz zibildaşıyan maşın
Tarix: 19.05.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər
“Volvo” şirkəti zibilin yığılması üçün avtonom yük maşınının sınağına başlayıb. Nəqliyyat vasitəsi İsveçin tullantıların toplanması ilə məşğul olan “Renova” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Avtomobil istehsalçısı yeni layihənin avtomatlaşdırmanın əmək şəraitinin yaxşılaşdırılmasına təsirini yoxlamaq məqsədilə hazırlandığını bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, məlumata görə, sürücüsüz zibildaşıyan maşın təhlükəsizlik səviyyəsini artıracaq. Quraşdırılmış sensorlar iritutumlu nəqliyyat sürücüsünün diqqətindən yayınan maneələri qeydə alacaq. Bundan başqa, hər gün eyni marşrut üzrə hərəkət sürücüsüz avtomobil üçün əlverişli hesab olunur.
“Volvo” bir neçə ildir sürücüsüz nəqliyyatın inkişafı ilə məşğuldur. 2016-cı ilin avqustunda avtomobil istehsalçısı “Uber” şirkəti ilə birlikdə texnologiyanın inkişafına 300 milyon dollar investisiya yatırıb. Ötən ilin sonunda sürücüsüz “Volvo XC90” avtomobillərinin “Uber” vasitəsilə San-Fransisko və Pitsburq şəhərləri arasında səfər üçün sifarişlərinin qəbuluna başlanılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Günəş tutulması zamanı canlıların miqrasiyası gözlənilir
21.08.2017
Robotlar dünya rekordu qazanıb
21.08.2017
ABŞ ordusu üçün “nanoəlcək” hazırlanıb
21.08.2017
Çində 2,5 milyon insan təbii fəlakətdən əziyyət çəkir
21.08.2017
Dünyada ilk dəfə “robotlara vergi” tətbiq ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7160

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info