I rübdə 100 minə yaxın ağac və kol bitkisi əkilib
Tarix: 19.05.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər
"Azəravtoyol" ASC-nin tabeliyindəki Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lərinin kollektivləri tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması tədbirləri davam etdirilir.   
 
Bu çərçivədə 2017-ci ilin I rübündə magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarına 94600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
 
Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan və Biləsuvar rayonları ərazisindən keçən hissəsinin mühafizə zolaqlarında ümumilikdə 42000 ədədeldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib.
 
          1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun 35-40-cı km-nin mühafizə zolağında14567 ədəd, 7 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC tərəfindən R-8 Muğanlı-İsmayıllı yolunun kənarında isə 40 min ədəd müxtəlif növ ağac tingləri əkilib.
 
          Cari ildə Bakı Dairəvi avtomobil yolunda 3 min ədəd, Zığ dairəsi – Hava Limanı avtomobil yolunda 8 min ədəd ağac və kol bitkisi, 2 min ədəd gül kolu əkilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.
 
          Xatırladaq ki, "Azəravtoyol" ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun,  1824 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli  avtomobil yollarının mühafizə zolağında 952 862 ədəd çoxillik ağac mövcuddur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2018
İrəvan Qalası
20.04.2018
AXC-nin qəbul etdiyi hüquqi aktlarla bağlı kitab çap olunub
20.04.2018
Yeni qatarlar metro sərnişinlərinin ixtiyarına verilib
20.04.2018
İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ayrıldı
20.04.2018
Gömrük Komitəsi və Vergilər Nazirliyi bir sıra idxal-ixrac əməliyyatlarına birgə nəzarət edəcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9054

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 “Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info