Turizm “görünməyən ixrac“ sektorudur
Tarix: 19.05.2017 | Saat: 16:55:00 | E-mail | Çapa göndər
Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı bu sahədə mövcud olan sektorların fəaliyyətinin daha da artırılması mühüm şərtdir. Bu gün artıq kənd təsərrüfatı, turizm kimi postneft sahələrində reallaşdırılan tədbirlər də bunu göstərir. Eyni zamanda ölkədə yerli istehsalın artırılması ilə yanaşı, vacib amillərdən biri də ixrac potensialının artırılmasıdır. Burada isə yalnız kənd təsərrüfatı məhsulları nəzərdə tutulmur. Bu gün dünyada turizm də ixrac məhsulu hesab edilir. Ölkəmizdə turizm prioritetdir və ölkə başçısı bildirib ki, bu sektorun inkişafı ilə bağlı bir çox tədbirlər həyata keçirilib: “Bunlar turizmi inkişaf etdirən əsas amillərdir. Onu da demək istəyirəm ki, biz turizmə də ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır”. 


Turizm gəlirlərində turistlərin yerləşdirilməsi, nəqliyyat, ticarət, əyləncə xərcləri əsas yer tutur

Turizm dünyada ən sürətli inkişaf edən və ən çox iqtisadi gəlir gətirən sektorlardan biridir. Xidmət sektorunun bir qolu olan turizm sektoru, insan gücünə söykənən, başqa sözlə, əmək tələb edən bir sektordur. Bu baxımdan, turizm xüsusilə kənd yerlərində əhəmiyyətli məşğulluq mənbələrindən biridir. Eləcə də turizm ən az xərc ilə ən qısa müddətdə məşğulluq yaradan sektor kimi qəbul edilir. Çünki turistin, adıçəkilən sektorun istehsal etdiyi məhsul və xidməti ölkəsinə aparmaq ehtiyacı olmadığından, gömrük xərci yaratmamaqdadır və ixracatı mümkün olmayan məhsul və xidmətləri bir valyuta mənbəyinə çevirməkdədir. Buna görə də turizm, çox vaxt görünməyən ixracat olaraq xarakterizə edilməkdədir.
Mütəxəssislər buna daha geniş aydınlıq gətirərək bildiriblər ki, turizm gəlirləri bir ixracat gəliridir. Turizm gəlirləri, ölkəyə məhsul ixracatında olduğu kimi valyuta təmin etməkdədir və bu vəziyyət xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatlar baxımından əhəmiyyətlidir. İnkişaf etməkdə olan ölkələrin ehtiyac duyduqları sərmayə məhsullarını idxal edə bilmələri üçün xarici valyutaya ehtiyacları var və turizm imkanına sahib ola bilən ölkələr bu baxımdan şanslıdırlar.
Turizm gəlirlərindən bəhs edərkən və bu gəlirləri ixrac gəliri olaraq qiymətləndirərkən mütləq dəqiq turizm gəlirləri rəqəmlərinə baxmaq lazımdır. Hər ölkənin turizm gəlirləri olduğu kimi turizm xərcləri də var. Məsələn, bir alman turist ölkəmizə tətilə gəldiyində çəkdiyi xərclər ölkəmiz üçün turizm gəliri olacaq, Almaniya üçün isə borc olaraq yer alacaq. Bu mənada ölkəmizin getdikcə artan turizm gəlirləri ilə yanaşı, turizm xərclərini də nəzərə almaq və aradakı fərqi dəqiq turizm gəliri olaraq qiymətləndirmək lazımdır. Turizm gəlirləri hesablandıqda isə ümumiyyətlə, burada əsas olaraq turistlərin yerləşdirilməsi, nəqliyyat, ticarət, əyləncə və digər xərcləri nəzərdə tutulur. Beləliklə, turizm gəlirləri ixracat gəliri sayılmalıdır və hətta turizm inkişaf etməkdə olan ölkələr baxımından ən yaxşı ixrac sahəsi olmaqdadır. Buna sadə bir nümunə ilə göstərən mütəxəssislər qeyd ediblər ki, bir ölkədən xarici bazarlara alma ixrac edildiyini düşündükdə almaların müəyyən keyfiyyət və standartda yetişdirilməsi, qablaşdırılması, saxlanılması, daşınması olduqca çətin bir işdir.
Bu almaların Almaniyadakı bir marketdə son istehlakçılara satılana qədər gedəcəyi uzun bir marketinq yolu olacaq və almaların istehlakçıya satış qiyməti bizim ölkədən satış qiymətinin bir neçə qat üzərində olacaq. Turizmçilər öz ölkələrində istehsal edilən bu almaları, hətta daha aşağı keyfiyyətdəki almaları satın alıb meyvə salatı olaraq öz restoranında alman qonaqlara daha yüksək bir qiymətdən və daha az bir əmək sərf etməklə sata bilər. Bu isə almaların ixracatından əldə edilən gəlirdən daha çox gəlir və əlavə dəyər yarada bilər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
“Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”
23.05.2017
Əşrəf Seyyid Dahruq: “Oyunlar yüksək səviyyədə keçirildi”
23.05.2017
“Mövcud status-kvo davam edə bilməz”
23.05.2017
Gəncə çayı iri sal qayalara dəyib gurultu qoparır
23.05.2017
“Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6512

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info