Şamaxıda tədbir keçirilib
Tarix: 19.05.2017 | Saat: 17:13:00 | E-mail | Çapa göndər
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Şamaxı rayonunda “Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimai rolun artırılması” layihəsi çərçivəsində tədbir keçirib. İctimai Birlikdən verilən məlumata görə, tədbir Şamaxı rayonunun Çuxuryurd, Meysəri, Mirikənd, Nağaraxana, Şəhriyar qəsəbəsi, Mərəzə qəsəbəsi və şəhərin özündə məskunlaşan qaçqın və məcburi köçkünlərin iştirakı ilə keçirilib. Keçirilən müzakirədə məqsəd onların sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı verilən qanun və sərəncamlar haqqında məlumatlar işlə təminatında, onların sosial hüquqlar və imtiyazlarla bağlı təbliğat işləri apararaq az da olsa onlara dəstək olmaq idi. Tədbirdə İB-in sədri R. Mehtiyeva layihə haqqında geniş məlumat verib. Müzakirədə qonaq qismində iştirak edən akademik Vəli Əliyev Şuranın həqiqətən belə layihələrə dəstək verməsini yüksək qiymətləndirərək bildirib ki, bu gün belə məsələlərə diqqətlə yanaşmaq çox vacibdir: “Doğma yurdlarından məcburən didərgin düşən bu vətəndaşlarımıza ölkə Prezidentmiz tərəfindən onların sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı geniş tədbirlər həyata keçirilib və bu gün də davam etdirilir. Bizim də hər birimizin bir vətəndaş olaraq borcumuzdur ki, həmişə onların yanında olaq, onlara mənəvi dəstək olaq”. Tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Qeysər Səfərov və digərləri çıxış edərək, bu gün onların sosial problemlərində, uşaqlarının təhsil almasında dövlətimizin onlara göstərdiyi diqqət və qayğısından razı olduqlarını, ən böyük arzuları isə doğma torpaqlarımıza qayıtmaq olduqlarını bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Cəlilabadda humanitar aksiyada 150 nəfər qan verib
08.12.2017
Atabəy Eldəgəzin adı olan mis pullar tapılıb
08.12.2017
Tovuzda 170 min tona yaxın kartof toplanıb
08.12.2017
İçərişəhərdə sərgi açılıb
08.12.2017
Ağstafada körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info