Moldova azərbaycanlıları ÜAK-ın ləğvi ilə bağlı bəyanat yayıb
Tarix: 19.05.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər
Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı ifadə olunur. Bildirilir ki, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib.
Bəyanatda, həmçinin ÜAK-ın Rusiyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır. “16 ildir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin əsas məqsədi Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına dəstək göstərməkdir. ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşməsinə öz töhfələrini verib”, - deyə bəyanatda qeyd edilir.
Moldovanın çoxminli Azərbaycan icması Rusiya Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından təəssüfləndiyini və bununla bağlı narahatlığını bildirir. Moldovadakı Azərbaycan diasporu hesab edir ki, bu qərar strateji tərəfdaşlıq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın milli maraqlarına ziddir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
“ABŞ qoşunlarını Suriyadan çıxarmayacaq”
12.12.2017
“Rəşad məşqçi kimi tam formalaşıb”
12.12.2017
Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib
12.12.2017
“İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir”
11.12.2017
Xalçalarımız ABŞ və Almaniyada alıcılara təqdim olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7904

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info