Rusiyadakı “Qazax diasporu” ÜAK-ın qeydiyyatının ləğvindən narahatdır
Tarix: 19.05.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər
Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Qazax diasporu”nun Moskva Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri bildirir ki, Rusiyada nüfuzlü ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib: “Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanımlasında, dövlətlər arasında konsrtuktiv əməkdaşlığın inkişafında maraqlı olub”.
Rusiya Federasiyasının Ali Məhkləməsində təşkilatın qeydiyyatının ləğvinin təəssüf doğurduğunu vurğulayan qazax diasporunun nümayəndələri qeyd edir ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla, azərbaycanlılar arasında  münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.
Rusiyadakı qazax diasporunun nümayəndələri hesab edir ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər. 

Fuad




 
Bölməyə aid digər xəbərlər
10.12.2017
“ArmenianReport”: “Ermənistan Avropanın 10 ən yoxsul ölkələrindən biridir”
09.12.2017
Sərkisyanın reallığa istinad edən deputata etirazı
07.12.2017
Postmaydan hökuməti ilə kuratorları arasında konfliktin səbəbi
07.12.2017
“ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”
07.12.2017
“Rusiya Dağlıq Qarabağ münaqişənin məqbul həllini axtarmağa davam edəcək“

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info