“Bu gün Azərbaycanda əmin-amanlıqdır, ona görə də turistlər ölkəmizə gəlir”
Tarix: 19.05.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər
"Bu gün Azərbaycan dünyada tanınır. Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan bir gün dünyaya Günəş kimi saçacaq. Bax bu gün biz bunun şahidi oluruq". 
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib. 
M. Quliyev Azərbaycana turist axınını buna misal göstərib: "Turistlər hər hansı narahatlıq olan, təhlükəsiz sayılmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır, ona görə də turistlər ölkəmizə gəlir. Bugünkü gənclər artıq 10-15 il əvvəlki deyillər. Onlar tam azad, müasir dünyanın insanlarıdır. Bu da Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə dünyaya nümunədir. Dinindən, irqindən asılı olmayaraq, bütün insanlar ölkəmizdə özlərini çox rahat hiss edirlər. Mədəniyyətimiz sürətlə inkişaf edir. İslam Həmrəyliyi Oyunları Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir. Bu gün Azərbaycan idmançıları yarışlarda çoxsaylı qələbələr əldə edirlər. Ancaq əsas məqam odur ki, belə bir mötəbər idman yarışı Azərbaycanda keçirilir. Bunun özü artıq Azərbaycan üçün bir qələbədir".
Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
DİA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11.12.2017
BANM-də Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb
11.12.2017
“Əlilliyi olan 624 min nəfərin 323 mini əmək qabiliyyəti yaşda olan əlillərdir”
11.12.2017
Fransalı qonaqlar Ağ Şəhərdə olublar
11.12.2017
Daşnaklara qarşı savaşan polkovnik Məmməd Ağpolad kim olub?

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info