Təbiətin Mühafizə Cəmiyyətinin yeni sədri seçilib
Tarix: 19.05.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər
Bu gün Bakıda görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 1967-ci ildə təsis etdiyi Təbiətin Mühafizə Cəmiyyətinin Rəyasət Heyətinin konfransı keçirilib. 
Konfransda məlumat verilib ki, Təbiətin Mühafizə Cəmiyyəti öz fəaliyyətini xeyriyyəçilik prinsipləri əsasında Azərbaycan Respublikasının qanunvericiliyi, ictimai təşkilat haqqında, digər normativ hüquq aktları çərçivəsində həyata keçirən könüllü, müstəqil ictimai təşkilatdır. Cəmiyyətin əsas məqsədi müasir ekoloji böhran şəraitində respublika əhalisinin geniş təbəqələri arasında onların ekoloji mədəniyyətinin və savadının artırılması, Azərbaycanda sağlam və əlverişli ekoloji şərait uğrunda ictimai hərəkatın təşkili, təbiətin mühafizə problemlərinin səmərəli həllinə təkan vermək və ətraf mühitin sağlamlaşdırılması üzrə lazımi tədbirlərin yerinə yetirilməsi üzrə daimi və məqsədyönlü iş aparmaqdır.
Qeyd olunub ki, Təbiətin Mühafizə Cəmiyyəti olaraq qarşıya bir neçə məqsədlər qoyulub. Belə ki, vətəndaşların ekoloji cəhətdən sağlam şəraitdə yaşamaq hüququnu müdafiə etmək, ekoloji problemlərin həllində respublika vətəndaşlarının fəallığının və fəaliyyətinin artırılmasında hərtərəfli təsir göstərmək, respublikanın təbii sərvətlərinin bərpasına mühafizəsinə və artırılmasına doğru yönəlmiş faydalı təşəbbüsləri müdafiə etmək, həmçinin əhali arasında Cəmiyyətin məqsəd və vəzifələrini, təbiətin mühafizə ideyalarını təbliğ etməkdir.
Bunun üçün Cəmiyyətin aşağıdakı hüquqları vardır:
- Dövlətin təbiətin mühafizə proqramlarnın yaradılmasında iştirak etmək, ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə sahəsində qanunverici təşəbbüsü yerinə yetirmək;
- Ekoloji problemlərlə əlaqədar təklifləri işləyib hazırlamaq və onları müvafiq icra orqanlarına , nazirliklərə, idarələrə, dövlət komitələrinə təqdim etmək;
- Kütləvi İnformasiya Vasitələri ilə ictimayyətin diqqətini ekologiyanın aktual problemlərinə cəlb etmək, konfranslar və simposiumlar keçirmək;
- Respublikanın müxtəlif regionlarında ətraf mühitin mühafizəsinin vəziyyətini öyrənmək üçün ümumrespublika və regional reydlər, yoxlamalar keçirmək, həmçinin müstəqil ekoloji eskpertiza aparmaq;
- Nadir təbiət obyektlərinin – təbiət abidələrinin aşkar edilməsi və mühafizəsi üzrə işlərdə iştirak etmək;
Konfransın sonunda Zurab İsrafilov Cəmiyyətin sədri seçilib. Bakir Nəcəfov, Siruz Abbasbəyli, Rəşad Dadaşov, Gülab Bünyadov, İlqar Əliyev, Fuad Hacızadə, Zaur Yakubov isə Rəyasət Heyətinin üzvləri seçilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Media sahəsində dövlət siyasətinin təbliği ilə bağlı yeni platforma
21.08.2017
“Qlobal Gənc Liderlər Forumu gələcək həyatımız baxımından mühüm tədbirdir”
21.08.2017
DQİDK –nin əməkdaşı Malayziyada təlimdə iştirak edib
21.08.2017
Pedaqoq-şair Əbüfət İslamın yaradıcılıq dünyası
21.08.2017
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7160

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info