“AtaSığorta” ASC “Sumqayıt” şəhərində yeni filialını açdı
Tarix: 19.05.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər
“AtaSığorta”ASC-nin İdarə Heyətinin Üzvü - Sığorta Xidmətləri Departamentinin direktoru Qoşqar Həsənov bildirmişdir ki, müştərilərimizə daha yaxın olmaq və onlara yüksək xidmətlər göstərmək məqsədilə Sumqayıt şəhərində (Heydər Əliyev prospekti, 16-cı məhəllə ünvanında) yeni bir filialını açdıq.
Belə ki, 2013-cü – 2018 - ci illər üzrə şirkətin strateji planına uyğun olaraq regionlarda filiallar, nümayəndəliklər, satış ofislərini və agent şəbəkəsinin genişləndirilməsinə başlanmışdır. Nəticədə, 7 filial, 6 nümayəndəlik, 34 satış ofisi və 55 lisenziyalı sığorta vasitəçiləri bizimlə müştərilərə yaxından xidmət göstərir.
2018 - ci ilin sonuna qədər sığorta şirkəti öz strateji inkşaf xəttinə uyğun olaraq, Bakı şəhəri daxil olmaqla bütün regional ərazilər üzrə böyüməsini davam etdirəcəkdir.
May ayından başlayaraq yeni 11 filial və nümayəndəlik açılacaq. 2017-ci ilin sonuna qədər filial və nümayəndəliklərimizin sayı 24-ə çatacaqdır. Həmçinin, lisenziyalı sığorta vasitəçilərimizin sayını 100 çatdırılmasını planlaşdırırıq.
Bu işlərin nəticəsi olaraq şirkətimiz könüllü və icbari sığorta məhsullarının satışının təşkili və həyata keçirilməsində müsbət kəmiyyət və keyfiyyət dinamikasına nail olmaqla yanaşı sığorta bazarında ən geniş şəbəkəyə malik özəl şirkətlərdən biri kimi daim müştərilərinə keyfiyyətli xidmət göstərəcəkdir.
Qeyd etdiyim kimi, geniş şəbəkəyə malik olmaqla filial və nümayəndəliklərimizdə hadisələr üzrə qəza komisarlarının olması ilə bütün ərazilərdə hadisələr üzrə 24 saat aktiv xitmət göstərməklə müştərilərimizin rahatlığını təmin edirik.
Şirkətimizin əsas missiyası sağlam rəqabət aparmaqla, sığorta bazarında öz mövqeyini, nüfuzunu və müştəri məmnuniyyətini qorumaqdır.
Bununla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Bazarlarına Nəzarət departamentinin gördüyü işlər və yeni lahiyyələri biz sığorta şirkətlərini də daha səmərəli işləməyə istiqamətləndirir. Nəzarət Palatası tərəfindən sığorta bazarında sığorta vasitəçilərinin müştərilərə verdiyi endirimlərin və güzəştlərin qarşısını almaqda böyük səy göstərirlər.
Bu əzmkarlığın nəticəsində, artıq icbari sığortanı alan insanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdılarsa və keyfiyyətə o qədər diqqət vermirdilərsə, artıq müştərilər güvənli xidmətə və keyfiyyətə önəm verən şirkətlərə üz tutmağa başlayıblar.
“AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Nizamnamə kapitalı 12.4 milyon manat olan şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Prezident xalqı təbrik edib
23.06.2017
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
23.06.2017
Qusarda qədim qəbiristanlıq aşkarlanıb
23.06.2017
132 yaşlı xərçəng azadlığa buraxılıb
23.06.2017
Prezident: “Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6792

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info