Türkiyədə Qarabağ parkı açılır
Tarix: 19.05.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər
24 may 2017-ci il tarixində Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Pursaqlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ``Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq`` başlıqlı Beynəlxalq simpozium keçiriləcək.
Sempozyumda “Türkiyə-Azərbaycan əlaqələrinin strateji əhəmiyyəti”, “Türkiyə-Azərbaycan əlaqələrində gələcəyə dair perspektivlər" və "Türkiyə-Azərbaycan əlaqələrində enerjinin rolu` başlıqlı üç mövzu müzakirə oluanacaq.
Türkiyədən və Azərbaycandan alimlərin və siyasətçilərin dəvət edildiyi proqramı tədbirə diqqət böyükdür.
Türkiyənin əhəmiyyətli qeyri-hökumət təşkilatlarından biri olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) İdarə heyətinin Başqanı Hikmət Eren Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr dərin tarixi köklərə əsaslandığını qeyd etdi:
“Ortaq soy, dil, inanc, mədəniyyət və tarix bu iki respublikanı bir-birinə yaxlaşdırmada əhəmiyyətli yer tutur. Ayrıca Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və elmi fəaliyyətlər kimi müxtəlif sahələrdəki əməkdaşlıq, indiki vaxtda beynəlxalq səviyyədəki ən yaxşı dostluq və qardaşlıq nümunələrindən birini meydana gətirməkdədir. Bizlər də bu qardaşlığa töhfəni təmin etmək məqsədi ilə bu simpoziumu reallaşdıracağıq``,-deyə H.Eren əlavə edib.
Ankaranın əhəmiyyətli bələdiyyələrindən biri olan Pursaklar Bələdiyyə başqanı Selçuk Çətin də mövzu ilə əlaqəli olaraq bunları ifadə etdi: - ``Dünyada iki qardaş ölkənin tək nümunəsi Azərbaycan və Türkiyə qardaşlığıdır. Bizlər də bu qardaşlığı dünyaya təkrar xatırlatmaq məqsədi ilə belə bir fəaliyyəti həyata keçirməyi planlaşdırdıq. Proqramın birinici günündə beynəlxalq simpozium, ikinci günündə isə Azərbaycanın böyük şairi ozan Zəlimxan Yaqubun xatirəsinə Ozanlar və Şairlər Gecəsi təşkil edəcəyik. Tədbirdən sonra da Pursaklar Bələdiyyəsi ərazisində bir parka “Qarabağ Parkı” adını verdik, bu yolla parkımızın açılışını edəcəyik”.
Azərbaycandan tədbirdə millət vəkilləri Adil Əliyev,Hikmət Babaoğlu,Elman Nəsirov, Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Elnur Eltürk iştkrak edəcəklər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2017
Çin Kommunist Partiyasının XIX qurultayı keçirilir
18.10.2017
Suriya və İraqda 6500-dək “İŞİD” silahlısı var
18.10.2017
“ABŞ “İŞİD” və təkfirçi cərəyanların yaradıcısıdır”
18.10.2017
Astara gömrük məntəqəsi 24 saatlıq iş rejiminə keçir
18.10.2017
Londonda “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7514

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info