Tramp Maykl Filinni istefaya göndərməsinə peşman olub
Tarix: 19.05.2017 | Saat: 19:05:00 | E-mail | Çapa göndər
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq köməkçisi, quru qoşunlarının istefada olan generalı Maykl Filinnin Ağ evə qayıdacağına ümid edir. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə “The Daily Beast” nəşri məlumat yayıb. “Donald Tramp Maykl Filinni istefaya göndərdiyi üçün peşmandır və təhqiqat başa çatdıqdan sonra onun geri dönəcəyini səmimi şəkildə güman edir”, - nəşr Ağ evdə vəziyyətlə tanış mənbədən sitat gətirir. Xatırladaq ki, Maykl Filinn bu ilin yanvarında ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tutub. Bir ay sonra “The Washington Post” qəzeti onun Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla sanksiyalar barədə söhbəti barədə xəbəri dərc etdikdən sonra istefa verməyə məcbur olub. Filinn isə öz növbəsində Rusiya səfiri ilə sanksiyalar barədə danışmadığını və 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılması məsələsini müzakirə etdiyini bildirib. Bu, formalaşdırılan Tramp administrasiyasında ilk istefa olub.




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
ABŞ-Cənubi Koreya birgə təlimi nəyə hesablanıb?
21.08.2017
Putin ABŞ-a yeni səfir təyin edib
21.08.2017
Hələb “İŞİD” terrorçularından tam azad edilib
21.08.2017
Danimarkada əcnəbi əməkçilərlə bağlı rekord göstərici
18.08.2017
Vahid cəbhə yaradılır: Şimalı Koreyanı məcbur etmək mümkün olacaqmı?

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7160

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
4 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info