Çexiya da miqrant qəbulundan imtina etdi
Tarix: 19.05.2017 | Saat: 19:10:00 | E-mail | Çapa göndər
Çexiya Avropa İttifaqı tərəfindən ona ayrılan 1.6 minlik kvotaya rəğmən, cəmi 12 miqrant qəbul edib və bundan sonra miqrant qəbul etməyəcək

“Çexiya qərarında qətidir. Ölkə bundan sonra miqrant qəbul etməkdən imtina edir. Avropa İttifaqının Praqanı 10 milyon avro cərimə və başqa qadağalarla təhdid etməsinə baxmayaraq, bu ölkə öz mövqeyində israrlıdır”. Bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında iştirak edən çexiyalı nazir Milan Hovanes jurnalistlərə verdiyi açıqlamada bildirib. Qeyd edək ki, Avropa Komissiyasının tətbiq etdiyi kvotalar üzrə İtaliya və Yunanıstandakı düşərgələrə sığınan miqrantları qəbul etmək istəməyən Avropa İttifaqı ölkələrinə cəzalar tətbiq ediləcək. Qeyd edək ki, Avropa Komissiyası məhz sanksiya təhdidi ilə İtaliya və Yunanıstandakı 160 min miqrantın yalnız 18.4 minini müxtəlif Avropa İttifaqına üzv olan olan ölkələrdə yerləşdirə bilib. Çexiya dövləti isə Avropa İttifaqı tərəfindən ona ayrılan 1.6 minlik kvotaya rəğmən, cəmi 12 miqrant qəbul edib və bundan sonra miqrant qəbulundan imtina edib. “Qəribə nüans yaranıb, elə bil ki, biz hansısa oyunu oynayırıq: kim 20 miqrant qəbul edirsə yaxşıdır, amma 12 miqrant qəbul edən pisdir. Axı niyə başa düşmürsünüz ki, hazırda icbari kvota sistemi işləmir və belə görünür ki, işləməyəcək də” - deyə çexiyalı nazir Milan Hovanes bildirib. Qeyd edilməlidir ki, Avropa İttifaqı ölkələrinin daxili işlər nazirlərinin 2015 - ci ildə keçirilən iclasında miqrant kvotası ilə bağlı qərar səs çoxluğu ilə qəbul edilsə də, Çexiya, Slovakiya, Macarıstan və Rumıniya bu qərara “yox” demiş, təkcə Finlandiya bitərəflik nümayiş etdirmişdi. Bu gün öz ərazilərinə miqrant buraxmayan Macarıstan və Polşa dövlətləri bundan sonra da öz niyyətlərində israrlıdırlar. Bununla bağlı Avropa komissarı Dimitris Avramopulos Varşava və Budapeşti mövqelərində dəyişiklik etməyə çağıraraq, onları sanksiyalarla təhdid edib. Çexiyalı nazir isə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, miqrasiya böhranı ölkəsini maliyyə problemi ilə üz-üzə qoya bilər. Onun sözlərinə görə, miqrasiya böhranından əziyyət çəkən ölkələrə yardım üçün ən doğru model, Slovakiyanın təklif etdiyi "effektiv həmrəylik” ideyası ola bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Patrik Fyuri: “Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir”
19.10.2017
Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib
19.10.2017
NATO-nun Balkanları işğal planı: sırada Makedoniya və Bosniya və Hersoqovina var
19.10.2017
Du Can: “Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür”
19.10.2017
Yaponiyalı mer və nümayəndə heyəti Mingəçevirdə olub

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7521

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 “Həyat 50 yaşdan sonra başlayır”
4 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
19.10 20:34 Yollar qovuşanda...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info