Çexiyada Azərbaycan iqtisadiyyatına maraq böyükdür
Tarix: 19.05.2017 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Çexiyada Azərbaycan iqtisadiyyatına maraq böyükdür. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, bu barədə Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini İrji Şir Bakıda keçirilmiş Azərbaycan-Çexiya işgüzar görüşündə deyib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb, sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Tədbirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini İrji Şir Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən aqrar sektorda geniş əməkdaşlıq imkanlarını vurğulayıb, yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin və biznes-forumların əhəmiyyətini qeyd edib. Tədbir sahibkarlar arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif qeyri-neft sahələrində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
“Zəhərlənmə hadisəsinin başvermə səbəbi araşdırılır“
18.06.2018
“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”
18.06.2018
ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9426

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info