Baybakov Fondu Rusiya Ali Məhkəməsinə müraciət edib
Tarix: 19.05.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər
“Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir”
Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Ali Məhkəməyə müraciət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bu ilin aprelində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarışları xatırladılır. Qeyd olunur ki, prezidentlər ölkələr arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqların mənafeyinə xidmət edəcəyini vurğulayıblar: "Bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının RF Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur. Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”. Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”. Qeyd edək ki, Belarusdakı Azərbaycan İcmaları Konqresi Rusiya Prezidentinin Administrasiyasına, Ədliyyə Nazirliyinə və Ali Məhkəməsinə bəyanat ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi barədə qərarla əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda bildirilir: “Bizim üçün sirr deyil ki, bütün bu təxribat xarakterli fəaliyyətin arxasında Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və təşkilatlar dayanır. Azərbaycan İcmaları Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”. Bəyanatda, həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya Federasiyası qanunvericiliyi çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma Vətənin milli, mədəni və mənəvi dəyərləri ilə yaxından tanış edib. “Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçiririk. Heç bir şey bizim qardaşlıq münasibətlərimizə təsir edə bilməz”, – deyə bəyanatda qeyd edilir. Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə əlaqədar bəyanat yayıb. Moldovanın çoxminli Azərbaycan icması Rusiya Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından təəssüfləndiyini və bununla bağlı narahatlığını bildirir. Moldovadakı Azərbaycan diasporu hesab edir ki, bu qərar strateji tərəfdaşlıq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın milli maraqlarına ziddir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
“Leyla Yunusun parlaqlığı və səfaləti“ kitabının təqdimatı keçirilib
07.12.2017
Özbəkistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulacağı vaxtı açıqlayıb
07.12.2017
Qazanılan uğurlar gələcəyə nikbin baxmağa əsas verir
07.12.2017
Novruz Məmmədov: “Avropa dəyərləri budurmu?”
06.12.2017
“Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdə davam edəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7895

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


08.12 20:12 Südlü makaron
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info