150 ölkənin alimi UNEC-də toplaşıb
Tarix: 19.05.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
UNEC növbəti dəfə nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edib. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nda Azərbaycanla yanaşı Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla 150 ölkənin elm adamları iştirak edib. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalıdır. UNEC-in rektoru, professor Ədalət Muradov nüfuzlu konfransa Azərbaycan Dövlət İqtisad Universiteti olaraq ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Rektor həyatın bütün sahələrində biliyin ön plana çıxdığını vurğulayaraq, müasir dövrdə əksər dövlətlərin cəmiyyətlərini “bilik cəmiyyəti” konsepsiyasının, iqtisadiyyatlarını isə “bilik iqtisadiyyatı” konsepsiyasının tələbləri istiqamətində qurmağa çalışdıqlarını diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Bu məqsədlə qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 2025-ci ilə qədər olan dövr ölkədə bilik tutumlu iqtisadiyyata keçid dövrü kimi xarakterizə edilir və “təhsil-elm-istehsal” üçbucağının qarşılıqlı inteqrasiyası əsasında bilik iqtisadiyyatının formalaşdırılması nəzərdə tutulur”. Rektor bildirib ki, universitetlər təkcə iqtisadçı kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların həllinin formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir. Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa başlayıb. Müasir dövrdə universitetlər bilik iqtisadiyyatının formalaşmasında mühüm rol oynamaqla, iqtisadi inkişaf üzərində ciddi pozitiv təsirlər yaradır. Onlar bu funksiyasını əsasən ixtisaslı mütəxəssislərin hazırlanması, yeni biliklərin yaradılması, tətbiqi və ötürülməsi yolu ilə reallaşdırır. İstanbul Sabahattin Zaim Universitetinin professoru, konfransın baş koordinatoru İbrahim Güran Yumuşak 2002-ci ildən keçirilən Bilik, İqtisadiyyat və Menecment Konfransının türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq və araşdırma platforması olduğunu bildirib. Türkiyənin və digər ölkələrin nüfuzlu universitetlərində təşkil edilən konfransın bu dəfə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də keçirilməsinin ənənənin davamı olduğunu diqqətə çatdırıb. Türkiyə Katılım Bankları Birliyinin baş katibi Osman Akyüz “İslam iqtisadiyyatı, islam bankçılığı”, AMEA-nın müxbir üzvü, akademik Qorxmaz İmanov “Milli, sosial və insan kapitalının qiymətləndirilməsi modelləri”, UNEC-in professoru Əlican Babayev “Sənaye cəmiyyəti konsepsiyasının təkamülü kontekstində iqtisadi nəzəriyyə və siyasi iqtisad”, İstanbul Universitetinin professoru Veysəl Bozkurt “Kapitalizmin dəyişən mədəniyyəti” mövzularında məruzə ilə çıxış ediblər. Sonra “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı”nın təşkilatçılarına göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub. Konfrans öz işini bölmələrdə davam etdirib. İki gün davam edəcək konfransda ictimai elmlərin bütün sahələri üzrə alim və gənc tədqiqatçılar on bölmədə aktual məsələlər barədə elmi araşdırmalar aparacaq, 80-dək məruzə dinləniləcək. Əldə olunan faydalı elmi araşdırmalar konfransın yekun kitabında dərc ediləcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Tovuzun elektrik təsərrüfatı yenilənir
22.06.2017
“Turizm xidmətləri müasir tələblər səviyyəsində qurulmalıdır”
22.06.2017
Gürgən qəsəbəsində abadlıq-quruculuq işləri həyata keçirilir
22.06.2017
Naxçıvanda 927 milyon 900 min manatdan çox ÜDM istehsal olunub
22.06.2017
Culfada istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6792

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info