Rusiyadakı qazax diasporu: “ÜAK-ın ləğvi xalqlar arasında dostluğa kölgə sala bilər”
Tarix: 19.05.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər
Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən Qazax diasporunun Moskva Fondu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri qeyd edirlər ki, Rusiyada nüfuzlu ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib. Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanılmasında, dövlətlər arasında konstruktiv əməkdaşlığın inkişafında maraqlı olub. Rusiyanın Ali Məhkəməsi tərəfindən təşkilatın qeydiyyatının ləğv edilməsinin təəssüf doğurduğunu vurğulayan qazax diasporunun nümayəndələri bildirirlər ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla, azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır. Rusiyadakı qazax diasporunun nümayəndələri hesab edirlər ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
“Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”
23.05.2017
Əşrəf Seyyid Dahruq: “Oyunlar yüksək səviyyədə keçirildi”
23.05.2017
“Mövcud status-kvo davam edə bilməz”
23.05.2017
Gəncə çayı iri sal qayalara dəyib gurultu qoparır
23.05.2017
“Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6512

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info