“Zəfər günləri”: qalib idmançılara hədiyyələr verilib
Tarix: 19.05.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ötən gün keçirilən yarışların qalib və mükafatçıları olan idmançılarımızın şərəfinə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir. IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlara sevinən, qaliblərlə görüşmək istəyən və “Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanlar MOK-un inzibati binasına toplaşıblar. Tədbirdə məlumat verilib ki, mayın 18-də idmançılarımız 9 qızıl, 4 gümüş, 4 bürünc medal qazanaraq ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazıblar. Bununla da İslamiadada Azərbaycan idmançılarının qazandıqları medalların ümumi sayı 116-ya çatıb. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edən həqiqətdir. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, dünənki yarışlarda güləşçilərimiz və boksçularımız daha çox medal qazanıblar. “Xüsusilə Azərbaycanın qızlardan ibarət voleybol komandası möhtəşəm qələbəsi ilə xalqımızı sevindirdi. Biz bu qələbəni gözləyirdik”, - deyə MOK-un vitse-prezidenti bildirib. Oyunların başa çatmasına üç gün qaldığını və İslamiadanın sonuna doğru daha gərgin idman mübarizəsinin aparılacağını vurğulayan Ç.Hüseynzadə “Zəfər günləri”nin davamlı olacağına və azarkeşlərin hər gün MOK-da qələbə qazanan idmançılarımızı alqışlayacaqlarına inamını ifadə edib. Sonra Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub. Medalçılar xüsusi quraşdırılmış stendə öz ürək sözlərini yazıblar. MOK-un mayın 14-dən start verdiyi “Zəfər günləri” ayın 23-də başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Bakcell” abunəçiləri ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər
23.10.2017
Şəki-Kiş avtomobil yolunun tikintisinə vəsait ayrıldı
23.10.2017
Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə memorandum imzalanıb
23.10.2017
Ahmet Arslan: “Bakı-Tbilisi-Qars layihəsilə yeni bir tarix yazılıb” (Yenilənib)
20.10.2017
“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” (Yenilənib)

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7550

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info