İslamiadada növbəti qızıl medallar
Tarix: 19.05.2017 | Saat: 20:25:00 | E-mail | Çapa göndər
İslamiadada sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Mahir Əmiraslanov qızıl medal qazanıb. Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar. Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib. Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb. Azərbaycan pəhləvanı Məhəmməd Müslümov İslamiadada sərbəst güləş yarışlarının finalında İran təmsilçisi Meysam Nasiriyə 3:5 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında növbəti qızıl medala sahib olublar. “Bakı-2017”də qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında T12 kateqoriyasında çıxış edən təmsilçimiz Yelena Çebanu finiş xəttini 24,89 saniyədə keçərək qızıl medal qazanıb. İndoneziyalı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri bürünc medala sahib olublar. Oyunların suyatullanma yarışlarında da Azərbaycan idmançısı qızıl medal qazanıb. Qadınlar arasında 10 metr platformadan suyatullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan idmançısı Olqa Bıkovskaya qalxıb. O, final mərhələsində 275,80 xal toplayaraq çempion olub. Yarışın gümüş medalına isə indoneziyalı Della Harimurti layiq görülüb. O, 167,70 xal toplayıb. Bürünc medalı isə 161,95 xalla türkiyəli idmançı Sinəm Sağlam aktivinə yazdırıb. Azərbaycanın stolüstü tennisçiləri İslamiadada ilk medalları komandamızın aktivinə yazdırıblar. Medallardan biri gümüş, digəri isə bürüncdür. Qadınların fərdi yarışının final görüşündə Türkiyə təmsilçisi Melek Huya uduzan Zinq Ninq gümüş medalla kifayətlənməli olub. Bu yarışda digər tennisçimiz Miao Vanq isə üçüncü yer uğrunda oyunda iranlı Nedə Şahsavari üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb. Kişilər arasında 3 metr hündürlükdən sinxron suyatullanma yarışının final mərhələsində çıxış edən Azərbaycan atletləri Artyom Danilov və Dmitri Sorokin üçüncü yeri tutublar. İdmançılarımız toplam 297,90 xalla İslamiadanın bürünc medalına layiq görülüblər. Yarışın qızıl medalını isə 334,08 xalla iranlı Şahnam Nazarpour-Mojtaba Valipour dueti qazanıb. Gümüş medala 330,30 xalla indoneziyalı Tri Priambodo və Rafi Aldiansyah sahib olublar.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Prezident xalqı təbrik edib
23.06.2017
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
23.06.2017
Qusarda qədim qəbiristanlıq aşkarlanıb
23.06.2017
132 yaşlı xərçəng azadlığa buraxılıb
23.06.2017
Prezident: “Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6792

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info