“ASAN viza” sisteminə qoşulan dövlətlərin sayı 93-ə çatıb
Tarix: 19.05.2017 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
2017-ci ilin yanvarından fəaliyyətə başlayan “ASAN viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələrin siyahısı genişlənməkdədir. Siyahıya daha 12 dövlət (Baham adaları, Barbados, Boliviya, Ekvador, Honduras, Maldiv, Mavriki, Paraqvay, Peru, Seyşel adaları, Yamayka, Kolumbiya) əlavə edilib. Fəaliyyətinin başlanğıcında “ASAN viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, hazırda 93-dür. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN viza” sistemi vasitəsilə üç addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və üç iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər ilə rəsmiləşdirilir. “ASAN viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
23.05.2017
“Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü göstərir”
23.05.2017
Əşrəf Seyyid Dahruq: “Oyunlar yüksək səviyyədə keçirildi”
23.05.2017
“Mövcud status-kvo davam edə bilməz”
23.05.2017
Gəncə çayı iri sal qayalara dəyib gurultu qoparır
23.05.2017
“Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”

Şərh əlavə olunmayıb



    ,    
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6512

1 İzmirdəki azərbaycanlıların qüruru olan Kamal Alganer çempion olub
2 Diaspor üzvü “İgidlik və Cəsarət” Ordeni ilə təltif olunub
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Niderlandlı iş adamlarının ölkəmizə sərmayə yatırmaq istəkləri var ”
5 DİASPOR məfhumu ikili VƏTƏNdə təcəlli edir...
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info